Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Həsən bəy 7-8 yaşlarından bir müddət mədrəsədə oxusa da, ilahiyyata o qədər də maraq göstərmirdi. Atası balaca Həsəni 1852-ci ildə Şamaxıdakı ibtidai rus məktəbinə qoyur, öz bilik bacarığı ilə hamının diqqətini cəlb edir. Həmin məktəbin buraxılış imtahanında öz istedadı ilə Qafqaz Təhsil İdarəsi müdirini heyran qoyan Həsən bəy onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis gimnaziyasına qəbul edilir. 1861-ci ildə oranı müvəffəqiyyətlə bitirir və Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Tezliklə təlimdəki uğurlarına görə dövlət təqaüdçüsü statusuna yiyələnir.

Davamı →

22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika günüdür

Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün “Əkinçi”ni yaratdı.
"Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edibilər.

Davamı →

Zərdabi haqqında 10 maraqlı fakt

1. Həsən bəy Zərdabi uşaq vaxtı mədrəsədə oxusa da, ilahiyyata maraq göstərmirdi. Ona görə də atası onu rus məktəbinə qoyur. Yaxşı şagird olan Həsən bəy Zərdabi Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Həsən bəy Zərdabi burda rektorun qızına vurulur. Onunla evlənmək qərarına gəlir. Moskvada qalıb işləmək təklifi alır. Lakin Həsən bəydəki vətən sevgisi şəxsi məhəbbətinə üstün gəlir. Xristian qızıyla evləndiyinə görə müsəlman mühafizəkarlarının tənələrindən qorunmaq üçün ilk məhəbbətindən imtina etməyə məcbur olur.

Davamı →

Məktəbdə başlanan böyük məhəbbət, birgə keçilən maarifçilik yolu

22iyul Azərbaycanda Milli Mətbuat Günüdür. 1875-ci ilin bu günündə ilk mətbu orqanımız olan “Əkinçi”nin birinci nömrəsi işıq üzü gördü. Bu işdə Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabinin xidmətləri çox olub. Onun hansı çətinliklər hesabına bu qəzeti yaratmasından danışmaq isə artıq olar.
Amma bütün bu işlərdə onun ən yaxın köməkçisi həyat yoldaşı Hənifə xanım Abayeva olub. Tanış olduqları ilk gündən (1872), Zərdabi vəfat etdiyi günə qədər (1907) Hənifə xanım hər bir işdə ona yardımçı olub. Əlindən gələn köməyi əsirgəməyib.
Davamı →

"Əkinçi" əsl xalq qəzeti idi

Azərbaycan milli mətbuatının qazandığı "Əkinçi" qəzetinin ana dilinin saflığını qorumaq, geniş oxucu kütləsi ilə anlaşıqlı, ifadəli dildə danışmaq sahəsində göstərdiyi nümunə sonrakı 135 ildə də aktual və gərəkli olmuşdur. "Əkinçi" qəzeti türk-Azərbaycan dili probleminə ciddi əhəmiyyət verir və onun təkmilləşdirilməsi məsələlərinin təbliğinə kifayət qədər yer verirdi. Sübutlar gətirməyə ehtiyac yoxdur ki, "Əkinçi" sadə, anlaşıqlı xalq dilində nəşr olunurdu. Yəqin ki, M.F.Axundovu da "Əkinçi" nin nəşr dili çox maraqlandırırdı. O, Həsən bəy Zərdabiyə "Əkinçi" nin dili barədə tövsiyələrini verirdi. M.F.Axundov Həsən bəy Zərdabiyə 21 aprel 1875-ci il tarixli məktubunda yazırdı: «Sizin qəzetinizin məziyyətlərindən biri də üslub gözəlliyi, məlumatların şərhinin incəliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyüdür. Ona görə ki, Sizin qəzetiniz eyni zamanda, öz məqsədləri ilə tatar (Azərbaycan — İ.Rüstəmov) dilinin qüsurlardan təmizlənməsinə çalışmalı və nümunə olmalıdır. Orfoqrafiya barədə qoy Sizin gələcək redaktorunuz mənim komediyalarımın imla qaydalarını əsas tutsun».

Əlimərdan bəy Topçubaşovun «Azərbaycanın mayakı» adlı xatirə yazısında Həsən bəy Zərdabi və "Əkinçi" qəzetinin dili ilə əlaqədar söylədiyi fikirlər də diqqəti cəlb edir. O göstərirdi ki, Həsən bəy ona məxsus enerji ilə ana dilinin müdafiəsi üçün səylə çalışırdı: o, dilin terminalogiyası imkan verdiyinə görə "Əkinçi«də fars və ərəb sözlərindən qaçmağa və müstəsna şəkildə türkcə-Azərbaycanca yazmağa çalışırdı; imkan daxilində ən sadə və asan başa düşülən xalq sözləri və ifadələri işlədilirdi».
Davamı →