Əli və Nino əsərindən mənalı sitatlar

Yaralansan sənin yaralarını da sevərəm.

Əli və Nino

 


  • Bununla belə mən Ninonu yenə sevirəm. Onun gözlərini, səsini, gülüşünü, danışıq və düşüncə tərzini sevirəm.
  • Dəniz ilə sahil daimi mübarizədə birləşən ər-arvad kimidirlər.
  • Mən çox yorğun və çox xoşbəxt idim.
  • Gözlərini yum, qulaqlarını əllərinlə ört və yalnız qəlbini aç.
  • Sən demə, xoşbəxtliyə bulaşmaq üçün mütləq bədbəxtçiliyin içindən keçib-getmək lazım imiş.
  • Mən səni sevirəm, sən də məni. Lakin mən meşələri və çəmənlikləri sevirəm, sən isə dağları, daşları və qumu, çünki sən səhra övladısan. Buna görə də səndən, sənin məhəbbətindən, sənin aləmindən qorxuram.
  • Nino: «Həyat nə qədər sirli imiş», deyib yatardı. Gecələr oyanar, dirsəyimə toxunar, sonra qürur və lovğalıqla: «Mən Ninoyam», deyib yenə yatardı və mən onun incə çiyinlərini yorğanla örtərdim.
  • Elə bil, o, uzaqlarda öz-özünü axtarırdı.

Davamı →

Əli və Nino gizlinləri

Professor Bədirxan Əhmədlinin "Ədəbiyyat qəzeti«nin 28 noyabr 2020-ci il tarixli „Orxan Arasın Əsəd bəy — Qurban Səid gerçəklikləri“ məqaləsini dərin təəccüb hissilə oxudum. O səbəbdən ki, hörmətli professor bəhs etdiyi tədqiqatda müəllifin „faktların köməyi, təhlili və təkzibedilməz arqumentlərlə“ çıxış etməsindən bəhs edir, ancaq bu „təkzibedilməz faktların“ nədənliyi üzərinə gələndə ümumi, uzun illərdən bəri ədəbi cameyə tanış olan fikirlər üzərində dayanır.

Davamı →

Əli və Nino-nun mübahisəli müəllifi olan AXC səfiri kimdir?

“Onun çöhrəsi indiki kimi gözümün qabağındadır. Ah, necə gözəl, necə alicənab, necə namuslu, necə halal adam idi Yusif… Heyif  Yusifdən,çox heyif! Necə istiqanlı, necə mehriban, necə zəkalı oğlan idi...Yusif o qədər nurlu, o qədər şən adam idi ki, qapıdan girəndə elə bil evimizin işığı artırdı”. Professor Şövkət Məmmədova.
Gənc ictimaiyyətimiz Y.V.Çəmənzəminlini daha çox istedadlı yazıçı kimi tanıyır, o isə həm də bacarıqlı siyasi xadim, mahir diplomat, qabiliyyətli publisist, bir sözlə, fəal vətəndaş olub. Təxəllüsü atasının doğma kəndi olan Çəmənzəminin (Cənubi Azərbaycan) adı ilə bağlıdır. ( Başqa və daha dəqiq hesab olunan versiyaya görə, təxəllüs Çəmənzəmin kəndindən Şuşaya gəlmiş 3 qardaşın şərəfinə qəbul olunub).

Davamı →

Əli və Nino

Əli və Nino — ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 27 dilinə tərcümə edilən məhəbbət romanı. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin, amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi.


Ardı →