Əlişir Nəvainin lətifələri

Əlişir NəvaiTanınmış şair və sufi ustadı Əlişir Nəvai (1441 — 1501) zəmanəsinin nüfuzlu hökmdarı Sultan Hüseyn Bayqaranın (1438 — 1506) sarayında vəzirlik edirmiş.
Bir gün sultan ondan soruşur ki, dünyanın harasında ağcaqanad yoxdur.
Nəvai deyir:
— İnsanın olmadığı yerdə.
Vəzirini pis vəziyyətdə qoymaq və yanıldığını ona isbatlamaq üçün sultan ona ata minib, şəhər kənarına gəzintiyə getməyi təklif edir. Ucqar bir yerə gəlib çıxırlar. Bir hovur dincəlmək üçün bulaq başında oturduqları zaman bir neçə ağcaqanadın vızıltısı sultanın zəhləsini tökür. Qanı qaralan Hüseyn Bayqara istehza ilə Nəvaidən soruşur:
— Bəs deyirdin insan olmayan yerdə ağcaqanadlara rastlanmır?
Əlişir Nəvai soyuqqanlı şəkildə cavab verir:
— Yoxsa biz insan deyilik?!


Ardı →