Evdə psixikanızı məhv edən 12 əşya

Evdəki sağlam psixoloji mühit yalnız yaxınlarınızla münasibətlərdən və ya ümumiyyətlə xoş bir interyerdən asılı deyil. Hətta kiçik zinət əşyaları da əhvalımıza və psixikamıza təsir edə bilər.

Psixoloq Anastasiya Korneyeva bildirdi ki, siz fərqində olmadığınız halda evdəki bəzi şeylər yavaş-yavaş psixikanıza təsir edə bilər. Hətta şüursuz olaraq xoşagəlməz duyğulara və ya depressiyaya gətirib çıxarar.
Evinizdə təkcə ümumi təmizlik deyil, ətrafı kirdən və tozdan təmizləmək də faydalıdır. Bəzən bir şeyi yenidən nəzərdən keçirmək və bəzilərini peşman olmadan zibil qutusuna göndərmək zərər vermir.
Həkim Korneyeva qurtulmalı olduğunuz 12 əşyanı sadalayıb.


Davamı →

Əşyalar danışır

Saat duz işləməyəndə zaman anlayışı itirNədənsə bəzi əşyalar olduqca səmimi bir dillə danışırlar. Məsələn: paltar ipindən asılmış paltarlar. Onlar dünyanın faniliyinin eskizləridir. Yəni, ipdə yellənərkən öz boşluğunu, yüngüllüyünü ifadə edirlər. Və bizə isbat etməyə çalışırlar ki, budur siz nə vaxtsa bizim içimizdə olmayacaqsınız, ya da biz sizin əyninizdə.

Deməli, nəsnələrin də öz doğal dili var. Yaxud saatın yatması. Saat yatanda – dayananda həmişə geri qalır, zamanı ləngidir, bizi cavan saxlamğa çalışır. Niyə saat olduğu vaxtdan irəli getmir? Maraqlıdır. Saatın yatmağı yeganə şeydir ki, biz ona aldanmağımıza sonradan təssüflənmirik.
Göründüyü kimi saat düz işləməyəndə zaman anlayışı itir. Yəni, insan zamanı özü də bilmədən azdırır, yaxud da əksinə. Bu konteksdə saatın səhv işləməyi bizim xeyrimizədir.

Amma, bəzi əşyaların yaxşı işləməməsi bizi ölümə aparır. Məsələn: Avtomobilin əyləci işləməyəndə biz maşından daha çox ölümü sürürük. Yaxud bəzi əşyaların yaxşı işləməyi bizə ziyan vurur – ət maşını yaxşı çəkəndə, bıçağımız iti olanda birinci əlimizi kəsir.  Amma, saat düz işləyəndə də xeyrimizə olur, səhv işləyəndə də.


Ardı →