İnsana onu Yaradanın Əbədiyyətinə yol açan kitablar.

Kitab var bir stəkan su kimidir. Onu bir dəfəyə içirsən və qısa müddətə susuzluğunu yatırır. Bir az keçir və yenə susuzluq hiss edirsən. Kitab var ki, o okean kimidir. İlkin tanışlığında  sadəcə uzaqdan gələn sərinlik duyursan, bir az da irəliləyirsən və artıq ayaqların suya toxunur. Daha da irəli və artıq bütünlüklə suda olmağın dadını yaşayırsan. Barəsində danışmaq istədiyim kitablar məhz oxucu üçün belə bir okeana çevrilə biləcək kitablardır. Onlar nəinki insanın susuzluğunu yatırır həm də onun özünü bu suyun mənbəyinə çevirir.
Davamı →

Paltar geymiş Mələyin fəryadı və ya ruh yerinə Mələk olan insanın əzabları


Kimə, nə üçün yazıram mən bu sətirləri? Yəqin ki, elə ancaq özüm özümə. Axı, illərlə müqəddəs məkanda olarkən, yalnız iki dəfə tanındım, o da Allahın izni ilə Ruhu ağıldan azad insanlar tərəfindən. Ağıl Ruhun qarşısında durmuş bir daşdır, yox bu daha çox bir qayadır. Mümükün deyil onu adlamaq, üstündən keçmək. Iti daşlarla yuxarı qalxmaq əlləri qanaya-qanaya və ağlın şirin həzz yolları ilə aşağı sürüşmək və yenidən ruhani qüvvə toplayaraq irəli doğru sürünmək… Hər kəsə nəsib olmur bu. Qayanın dibində isə elə gözəl, rahat, ləzzətli və istidir ki. Və ağıl fani paltarlardan, sənin üçün istədiyin hər şeyin illuziyasını yaradacaq.
Davamı →

Baş-ayaq dünyanın şirin yalanları

İllüziya latıncadan tərcümədə yanlışlıq, yalan deməkdir.  Amma biz illüzayalarda yaşamağı sevirik. Həyatımızın hansısa rəngi çatışmayanda onu parlaq rəngə elə boyayırıq ki, bunun yalan olduğunu anlamırıq. Biz özümüzü aldatmağı sevənlərdənik. Kimsə yaxşıca illüziya yapırsa ona «Əhsən, nec də bacarıqlıdı» deyirik.

Əbədi həqiqət axtarışı

İllüziya psixi cəhətdən tamamilə sağlam adamlarda əmələ gələ bilər. İnsanın dünyanı qavraması çox etibarsız və kövrəkdir. Biz inanırıq ki, şüurumuz ətraf dünyanı oldğu kimi qavrayır və təsvir etməyə qadirdir. Müasir insan isə bununla belə bilir ki, duyğu orqanlarımız da, şüurumuz da bizi vaxaşırı aldadır. Sensor reseptorları (yəni ki, gözümüz, qulağımız, dad bilmə və s. duyğu orqanlarımız) informasiyanı baş beyinin müxtəlif şöbələrinə göndərir. Beyin özü həll edir ki, bu informasiya yaddaşın arxivinə göndəriləcək, yoxsa tamamilə silinib atılacaq, a da qorxular şəklində yuxularda qalacaq.
Ardı →