Reseptura

Dərmanşünaslıq elminin mühüm sahələrindən və vacib tərkib hissələrindən biri də reseptura fənnidir. Hələ ən qədim zamanlardan müalicə üçün təyin olunmuş dərmanın adını, miqdarını, tətbiq üsulunu və və qaydalarını və digər məlumatları göstərmək zərurəti yaranmışdır ki, bunu da həmin dövrlərdə müəyyən yazı işarələri vasitəsilə göstərməyə çalışmışlar. Tədricən bu sahə inkişaf etmiş və, beləliklə də, hazırda reseptura adlandırdığımız mühüm bir dərmanşünaslıq fənninin təməli qoyulmuşdur.
Tarixi məlumatlardan məlum olur ki, reseptura həqiqətən də ən qədim elmlərdəndir. Belə ki, bizim eramızdan hələ 2000-3000 il əvvəl artıq qədim misirlilərin, primitiv şəkildə olsa da, öz resepturası mövcud imiş. O zamanlar reseptləri xüsusi işarələrlə yazırmışlar.Bu işarələr yalnız həkimə və əczaçıya məlum imiş. Belə işarələrdən bəzilərinin maraqlı mənası olmaqla, bunlar dərmanşünaslıqda qəbul olunmuşdur. Məsələn, su, duz, turşu ,mis, spirt, gümüş, sabun, qızıl xüsusi işarələrlə, eləcə də başqa maddələr və dərman vasitələri digər müəyyən işarələrlə göstərilərmiş. Zaman keçdikcə, xalqların öz əlifbaları yaranıb inkişaf etdikcə, dərmanşünaslıq sahəsi inkişaf tapdıqca reseptura da, tədricən, təkmilləşdirilirdi və bir elm kimi özünə yer tapırdı. Bu sahədə ərəblərin xidmətləri daha çox olmuşdur, onlardan isə reseptura elmini qədim yunanlar və qədim romalılar qəbul etmişlər. Məsələn, Hippokratın dövründə qədim yunanların reseptura barədə xeyli məlumatları var imiş.


Ardı →

Baytarlıq dərmanşünaslığı

Müasir tərəqqi xalqların tarixinə və onların keçmişdə qazandığı və hazırda əldə edə bildiyi nailiyyətlərə söykənməlidir.Bu qanunauyğunluq təkcə cəmiyyətin tarixinin öyrənilməsi və əks etdirilməsi üçün deyil, həm də hər hansı bir elm və texnika sahəsinin tarixinin öyrənilməsi üçün zəruridir.Bu baxımdan baytarlıq və baytarlıq dərmanşünaslığını, eləcə də baytarlıq elminin tarixinin öyrənilməsi özü–özlüyündə həm maraqlıdır, həm də baytarlıq təbabətini öyrənən mütəxəssislərin, o cümlədən əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrin biliyini zənginləşdirməklə, baytarlıq təbabəti və dərmanşünaslığının keçmişi barədə daha düzgün, daha dolğun və təhrif olunmamış təsəvvür yaratmağa imkan verir. Çünki baytarlıq təbabəti cəmiyyət üçün olduqca bacib və zəruri peşədir. Belə ki, insanların həyatında əvəzsiz, zəruri yeri və rolu olan heyvandarlıq sahəsini baytarlıq xidməti olmadan təsəvvür etmək mümkün deyil. Bu barədə məşhur bir kəlamı yada salmaq yerinə düşərdi: “ Tibb həkimi insanları, baytar həkimi isə bəşəriyyəti müalicə edir”.


Ardı →

Azərbaycanda əczaçılığın tarixi

Azərbaycan xalqının dərman vasitələrindən istifadə etməsi tarixi ən qədim
dövrlərdən başlayır. Dərman vasitələrinin müxtəlif xəstəliklərdə işlədilməsi, yeni
müalicə vasitələrinin axtarışı və aşkar edilməsi, xəstəliklərə qarşı dərmanlarla mübarizə üsullarının müəyyənləşdirilməsi və s.bu kimi məsələlər uzun müddət sufi fikirlərin və baxışların təsiri altında olmuşdur. Lakin bu maneələrə baxmayaraq təbiətdə yeni müalicə vasitələrinin və eləcədə onların daha əlverişli dərman formalarının və tətbiq üsullarının axtarışı davam edirdi.
Öz coğrafi yerləşməsinə və mövqeyinə görə Azərbaycan tarix boyu başqa xalqların və dövlətlərin,xüsusilə işğalçı dövlətlərin mədəniyyəti, elmi,eləcə də təbabəti ilə təmasda olmaq məcburiyyətində qalmışdır.Bu isə öz növbəsində Azərbaycanda təbabətin inkişafına öz təsirini göstərməyə bilməzdi.


Ardı →

İntibah dövründə və 14-19 əsrlərdə əczaçılıq

XIV-XIXəsrləri əhatə edən uzun bir dövr ərzində dərmanşünaslıq, eləcə də əczaçılıq olduqca zəngin inkişaf yolu keçmışdır. Bunun başlıca səbəbi qeyd olunan dövrdə təbiətşünaslığın, ayrı-ayrı təbiət elmlərinin (biologiya,kimya,fizika və s.) sürətlı inkişafı olmuşdur. Məlumdur ki,bu dövrlərdə təbiətşünaslıqda və bir çoix təbiət elmlərində olduqca əhəmiyyətli kəşflər edılmışdır kı, buda dərmanşünaslığın inkişafında öz müsbət təsirini göstərmişdir.
Dərmanşünaslığın inkişafında məşhur isveçrəli alim və həkim Paraselsin çox böyük xidmətləri olmuşdur. Dərmanşünaslığın inkişafının hələ ən erkən dövrlərindən başlayaraq dərman vasitələrinin müalicəvi təsirinin artırılması məsələsi dərmanşünasları daima düşündürən problemlərdən olmuş və bu sahədə müxtəlif istiqamət lər müəyyənləşdirilmişdir.
Davamı →

Əczaçılığın qədim tarixi

1.Əczaçılığın inkişafında əsas tarixi dövrlər. Dərmanşünaslığın bir elm kimi yaranma qaynaqları,onun meydana gəlməsini şərtləndirən zərurət və şərait.
2. Dərmanşünaslığın və əczaçılığın inkişafında xalq təbabətinin və baytarlığının rolu. Müxtəlif tarixi dövrlərdə əczaçılığın inkişafında səciyyəvi cəhətlər. Qədim Yaxın Şərq xalqlarının (şumerlər, assiriyalılar, babilistanlılar və s.) dərmanşünaslığın və əczaçılığın inkişafında rolu.
3. Dərmanşünaslığın inkişafında qədim Misir dövrü və bu dövrün dərmanşünaslığının xüsusiyyətləri. Dərmanşünaslığa aid Misirdə aşkar edilmiş qədim tarixi tibb abidələri (“Ebers papirusu” və s.).
4. Qədim Yunanıstanda dərmanşünaslığın və əczaçılığın inkişafının xüsusiyyətləri. Bu sahədə Hippokratın, Feofrastın, Dioskoridin və digərlərinin nailiyyətləri və xidmətləri. Xəstəliklərin baş vermə səbəbləri və buna müvafiq dərman vasitələrinin və müalicə üsullarının seçilməsinə dair Hippokratın nəzəriyyələri, alimin “Corpus Hippocratica” əsəri. Feofrastın “Bitkilər haqqında tədqiqatlar” və Dioskoridin “Materia medica” əsərlərinin dərmanşünaslığın inkişafında rolu.
5. Dərmanşünaslığın və əczaçılığın inkişafında qədim Roma dövrü. Bu sahədə Klavdi Qalenin xidmətləri, qalen preparatları, bu preparatların hazırlanma üsullarınının prinsipləri.
6. Qədim skif tayfalarının dərmanşünaslığın inkişafında rolu.


Ardı →

Antibiotiklər

Antibiotiklər (yun. ἀντί — nti— qarşı, βίος—bios—həyat, canlı) — təbii və yarımsintetik olan, canlı hüceyrələrin (mikrob və bakteriyaların, ibtidailərin) artım və inkişafının qarşısını ala bilən heyvan və ya bitki mənşəli maddələrdir.
Antibioz mürəkkəb bioloji hadisədir. Əsas mahiyyəti isə bir sıra mikroorqanizmlərin onları əhatə edən mühitdə başqa mikrobların çoxalmasını və inkişafını dayandıran xüsusi aktiv maddələr ifraz etməsindən ibarətdir. Bu aktiv maddələr antibiotiklər adlanır.
Elm tarixində antibioz hadisəsinin böyük əhəmiyyətini ilk dəfə İ.İ. Meçnikov qeyd etmişdir. İlk antibiotik olan penisillini isə 1929-cu ildə məşhur ingilis bioloqu, Nobel mükafatı laureatı Aleksandr Fleminq kif göbələklərindən almışdır. O vaxtdan antibiotiklər tibdə getdikcə daha geniş tətbiq edilir. Hazırda antibiotiklər əsasən bioloji metodla alınır.
Davamı →