Sözün obrazlıq xassəsi və ədəbi növlər

Ədəbi əsər sözlə yazılmış əsər, sözlərdən istifadə və onlar sayəsində yaradılan dünya obrazı deməkdir. Ona görə bütün əsərlər sözlərdən ibarətdir. Hər bir əsərin digərindən fərqi onun formasından və s. əvvəl onda sözlərin az və ya çoxluğu ilə şərtlənir. Ona görə ədəbi əsərlərin mətn təbiətinə görə iki növü fərqləndirilir: birinci sözləri müəyyən ritmlə oxumaya, ikinci isə birinci şəxsin ikinci şəxsə informasiya ötürmək üçün mətnyaratmaya əsaslanan növlüdür.

Sözü ritmlə oxuma (nəğmə) ikinci şəxsə yox, ibtidai insan sürüsünə, sonralar tayfaya və çoxluğa aiddir. Məhz aiddir, ünvanlı deyil. İbtidai oxumada fərdi heç nə yox idi, o kollektivdə olmanın, kollektiv oxumanın bir hissəsi idi. Hər bir səs və nidanı oxuma ən qədimlərdə kollektiv və mənşəcə instinktiv oxumadan törəmədir. Hər bir oxuma kollektivdə olma hissinin sublimasiyasından qalıbdır. Ədəbiyyat nəzəriyyəsində bu lirik növ adını alıb. Beləliklə öz təbiətinin emosional və informativ istiqamətliliyinə görə ədəbi mətnlər iki qismə ayrılır:

1. Nəğmə mətnləri və ya lirik növ.
2. Birinci şəxsin mətnyaratması və ya epik növ.


Ardı →