Beyin qırışları açılmayanlar, yaxşı restoran axtaranlar və səmaya üz tutanlar

Su savaşları
İranın müxtəlif əyalətlərində su çatışmazlığı ilə bağlı etiraz aksiyaları keçirilir.
Belə böhranın nə vaxtsa bütün dünyanı bürüyəcəyi şübhə doğurmur. Hesablamalara görə, Yer kürəsi əhalisinin üçdə ikisi 25 ildən sonra su çatışmazlığı yaşayacaq. Son yarım əsrdə baş verən quraqlıqlar dünya miqyasında 650 min insanın ölümünə səbəb olub.
Su müharibələrinin başlandığı artıq sirr deyil. Artıq karbohidrogen ehtiyatlar perspektivini itirir – 48 il sonra neft, 50 il sonra isə qazın tükənəcəyi bildirilir. Odur ki dünya alternativ enerji mənbələri üzərində baş sındırır və tapır. Ancaq suyun alternativi hələ ki, yoxdur və su hövzələri uğrunda savaşlar artıq başlayıb.

Davamı →

Könüllü köləlik - Orxan Adıgözəl

Tarix boyu əksər tiranlar öz hakimiyyətini bərkitmək üçün baş işlətmək əvəzinə çox mürtəce bir üsula əl atır, ölkədə bir nəfər də olsa ləyaqətli insanın qalmamasına çalışırlar.  Çoxları bunu ən bəsit yollarla, yəni mərd insanları fiziki məhv, həbs və ya sürgün etməklə həyata keçirdiyi halda, tarixdə elə tiranlar da olmuş ki, təbəələr üçün anlaşılmaz olan hiylələrdən istifadə etmişlər.

Məsələn, Lidiyanı tutduqdan sonra Kir lidiyalıların çarı Krezi əsir götürüb özü ilə aparır. Bir müddət sonra ona xəbər çatdırılır ki, lidiyalılar yenidən baş qaldırmışdır. Kir üsyanı yatırır, amma bu gözəl şəhəri viran qoymaq və ya şəhəri əldə saxlamaq üçün böyük ordu yerləşdirmək əvəzinə başqa üsul fikirləşir. Şəhərdə çoxlu əyləncə yerləri, meyxanalar, fahişəxanalar, tamaşa səhnələri qurdurub, bütün bunları cəmi sakinlər üçün açıq elan edir. Bu üsul o qədər səmərəli oldu ki, ondan sonra Kir bir daha lidiyalılarla vuruşmalı olmadı. Nadan şəhər sakinləri fərqinə çox da varmadan əyləncənin əsirinə çevrilib, günlərini yeni-yeni oyunlar yaratmaqla keçirirdilər.
Davamı →

" Müəllim " deməyin... !

Yaman ucuzlaşıb axır zamanlar
Müəllim kəlməsi qiymətdən düşüb
“Müəllim” çağırır niyə nadanlar?!
Yoxsa ki,müəllimlər hörmətdən düşüb?

Özündən razıdır bax ədasına
Hər addım başında “buyur” deyən var
“Müəllim” adlanır pul bahasına
Saray tikdirənlər,dükan açanlar.

Polisə polis de, nazirə nazir
Belə olmalıdır düzünə qalsa
Müəllim olmayıb hazıra nazir
Öz adı bəsidir, özünə qalsa.
Ardı →

Dünyanın tükənən ədaləti

Bütün ölkənin proletariatı birləşin! Rəsmi kommunist ehkamının bəyan etdiyi bu tezis sinfi mübarizədə yeganə vasitə kimi istifadə edilirdi. Təxminən 186 xalqı özündə birləşdirən keçmiş Sovet imperiyası bu halqanın dağılmaması üçün «bütün ölkənin proletariatını birləşdirmək» şüarından məharətlə istifadə edirdi. So­vet ha­ki­miy­yə­ti il­lə­rin­də SSRİ-də iki is­ti­qa­mət­də güc­lü iş apa­rı­lır­dı. İlk ba­xış­da bu is­ti­qa­mət­lər bir-bi­ri­nə əks möv­qe tə­si­ri ba­ğış­la­ma­sa da, əs­lin­də məz­mun eti­ba­ri­lə bir-bi­ri­nə da­ban-da­ba­na zidd mə­na kəsb edir­di. Bu siyasətin qarşısında tab gətirə biləcək liderlərimiz isə çox az idi.
Ardı →

Real həyatdan götürülmüş hekayə....

 


«Mən işimlə əlaqədar olaraq daim ezamiyyətdə oluram. Bir gün ezamiyyətdən qayıdan zaman xoşagəlməz vəziyyət ilə qarşılaşdım. Belə ki, gəldiyim vaqonun kupesində mən tək idim, lakin növbəti stansiyada mənim kupemə sərnişinlər daxil oldu, hansı ki, məhz  həmin sərnişinlər də mənim hekayəmin baş qəhrəmanlarıdırlar. Təbii ki, bu məni sevindirdi, tək yol getmək əlbəttə ki, sıxıcı idi,amma mənim sevincim çox uzun çəkmədi… Onlar kupeyə daxil olanda mən adət üzrə onlarla salamlaşdım, lakin qarşılığında


Ardı →