Əllər və barmaqlar haqqımızda nə deyir?

Barmaqlarınız sizin haqqınızda hər şeyi danışa bilər. Gizlətmək mənasızdır. Elm "əl falına" da baxa bilir. Elm maraqlı bir məşğuliyyət, anlayış və çıraqdır. Deyilənə görə, müasir insan Homo Sapiens-in tarixi ən az 20 min ildir. Bunun ən az 20 000 ilini insanlar müxtəlif rituallar, mədəniyyət obrazları və inancın formalaşması üçün sərf ediblər.

Başqa iş-gücləri mi yox idi görəsən?
Əksinə. Aclıq çəkməmək üçün təsərrüfata başladılar, heyvanları əhliləşdirdilər; təbiətlə danışmağı öyrəndilər — bir sözlə. Bu fəaliyyət sırasında da təbiəti izah etməyə güclü ehtiyac yarandı.
Onlar da izah etdilər. Çörək müqəddəsdir. İnsan öləndə ruhu aramızda gəzir. İldirımı hirslənmiş saqqallı kişi öz əsasından çıxarır və s. İnsanlar mədəni cəhətdən formalaşdıqca (inkişaf etdikcə demirəm) daha cəsarətli və bacarıqlı oldular. Tutub piramida tikəcək səviyəyə gəldilər.
Davamı →