İnsanın əl yazısı onun kimliyindən xəbər verir

Üç min il əvvəl Çinlilər tərəfindən yaradılan və bir çox mədəniyyət, sivilizasiya tərəfindən qəbul edilən əl yazısı elmi (qrafalogiya), bu gün dünyada firmaların işçi götürərkən istifadə etdiyi ən yaxşı üsul olaraq qiymətləndirilir.

Qrafologiya elmi insanın xarakterini, davranışlarını, istəklərini tapmaqda və insanın kimiliyinin analizində ən etibarlı vasitə sayılır.

Əl yazısı insanın iqtisadi mənşəyini, yaşayışını, həyatdakı mövqeyini və təhsilini əks etdirir. Fransa kimi ölkələrdə şirkətlərin 80 faizi iş görüşlərində əl yazısı vasitəsi ilə kadırın kimliyini təhlil edirlər. Əl yazısıyla insanın xarakterini öyrənmək xalqdan xalqa, insandan insana fərq edir.

Mütəxəssis bir qrafoloq bildirib ki, hansı xalqın nümayəndəsi olursa olsun, hansı dildə yazırsa yazsın, mən onun düşüncələrini əl yazısıyla kağız üzərinə əks olunan proyeksiyalarını oxuya bilirəm.

Qrafalogiyada ən azı 300 fərqli əl yazısı nümunəsindən istifadə edilir. Lakin yenə də dəyişməyən və təməl olaraq xarakterizə edilən müəyyən bəzi qaydalar var.


Ardı →