Əlvan metallurgiya
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Metallurgiya sənayesi 2 sahədən – qara və əlvan metallurgiyadan ibarətdir. Burada əsas rol qara metallurgiyaya məxsusdur. Bu sahə də material tutumlu olduğundan xammal və yanacaq mənbələri yaxınlığında yerləşdirilir. Tam dövriyyəli qara metallurgiya sənayesində istehsal prosesi aşağıdakı mərhələlərdən ibarətdir. Dəmir filizinin çıxarılması → onun saflaşdırılması → çuqun → polad→ prokatın alınması.
Ölkəmizdə metallurgiya sənayesinin inkişafı üçün aşağıdakı imkanlar var:
1. Bol və rəngarəng xammal bazasının və müxtəlif metal tullantılarının olması.
2. Yerli enerji ehtiyatlarının — neft və təbii qazın olması.
3. Metal tələbatlı sənaye və tikinti sahələrinin olması.
4. Təcrübəli kadr və əmək ehtiyatlarının olması.
5. Mövcud maddi-texniki baza əsasında yeni sahələrin yaranma imkanı.