Ağuz südü

Uca ALLAH bütün məməlilər üçün spesifik qida növü yaratmış və insan öz spesifik qida mənbəyi olan ana südü üçün kodlaşdırılmışdır. Ona görə də yeni doğulmuş uşaqların başqa biloji növlərin südü ilə qidalanması onlar üçün ekoloji fəlakət hesab olunur. Bütün süni qida qarışıqları heyvan və bitki südündən hazırlanır. Dünyaya körpə gətirən ana övladına ilk günlərdəki südünü verməməklə onun sağlamlığına nə qədər ziyan vurduğunu bəlkə də anlamır.

Ana südünün, xüsusilə də ağuz südünün (molozivo, kolostrum) əvəzsiz bir nemət olduğunu analara izah etmək hər bir tibb işçisinin vəzifə borcudur. Doğulan andan bir yaş yarıma qədər uşaqlar üçün ən adekvat qida ana südüdür. Südün əmələ gəlmə prosesi hamiləlik və doğuşdan sonrakı dövrdə baş verir. Həmin proses hipofizin prolaktin hormonunun təsiri ilə təmin olunur.
Davamı →

Əmizdirən anada ağrıyan döş gilələri

Yenicə doğulmuş körpənizi əmizdirməyə başladığınıza görə döşünüzün gilələrinin zərif və həssas olması normal bir haldır. Lakin çox ağrılı, çatlamış və qanayan gilələr normal hesab edilmir. Adətən, bu problem körpənin döşü nə cür götürməsindən asılı olaraq meydana gəlir. Körpənizin ağzını geniş açıb, döş giləsindən və areoladan (gilənin ətrafında olan tünd hissə) “ağızdolusu” yapışması çox önəmlidir. Uşağınızı sinəniz boyunca və ya yan tərəfinizdə qoltuğunuzun altında başı döşünüzə sarı yönəlməklə “futbol topu” mövqeyində tutmağınızdan asılı olmayaraq körpənizi yanı üstə çevirin (qarın-qarına) və onu elə saxlayın ki, körpənizin ağzı düz döşünüzün (gilə körpənin burnuna yönəlməlidir) önündə giləyə yaxın olsun.

Düzgün vəziyyət
Yastıqlardan istifadə etməklə körpənizi döşünüzün hündürlüyünə çatmış vəziyyətdə yerləşdirin. Bu döş gilənizin dartılmasını azaldacaq və ağrının qarşını alacaqdır. Körpənizi tamamilə yanı üstə elə çevirin ki, o sizinlə “qarın qarına” qalsın. Bu da həmçinin gilənin dartılmasını və ağrısını azaldır. Yeni doğulmuş körpəni sinə boyunca və ya qoltuğun altında “futbol topu” mövqeyində saxlamaq döşdən yaxşı yapışmaq üçün ən yaxşı vəziyyətdir.
Davamı →

Südüm yoxdur

Təbiətdə anadangəlmə süd verməyə qabil olmayan qadınla­r cəmi 2,4%, müxtəlif fizioloji səbəblərə görə sonradan laktasiya prosesi pozulan qadınların isə 1 – 5% təşkil etmələrindən asılı olmaya­raq, xüsusən sənayeləşmiş ölkə və şəhər­lər­də statistik göstəricilərə baxmayaraq “südüm yoxdur” yaxud “südüm kəsildi” təzad doğuran məşhur ifadələrdəndir.

Bunun başlıca səbəbi obyektiv və subyektiv əsaslara görə kifayət qədər maariflən­məyən gənc ananın özünə inamının az olması nəticəsində bir sıra iqtisadi, sosial, mədəni təsirlərə tez məruz qalmasıdır. Əksinə, süd əmizdirmə­yin həyat tərzinin təbii tərkib hissəsi olduğu, bu sahədəki təcrübənin nəsildən – nəsilə ötürüldüyü və yüksək qiymətləndirildiyi cəmiyyətlərdə isə hətta ana, yaxud uşağın səhhətində nasazlıqlar olduğu halda belə laktasiya prosesi uğurla həyata keçirilir.
Davamı →

Süddən nə zaman ayırmalı?

Qəribə də olsa, sizdən körpənizi süddən nə vaxt ayıracağınız barədə özünüzün bu barədə düşündüyünüzdən daha çox soruşacaqlar. Lakin tələsməyin, səbrli olun və bir neçə qaydanı nəzərdə saxlayın:

1. Körpənizi süddən ayıracağınız müəyyən bir gün təyin etməyin.

2. Bilin ki, siz körpənizi süddən zamanı gəldikdə ayıracaqsınız.

3. Yadda saxlayın: körpəni süddən ayırmaq üçün müəyyən bir müddət yoxdur.
Davamı →

Süddən təcili ayırma

Vəziyyətlər:
*ananın hospitalizə edilməsi
*əmizdirmə ilə uyğun gəlməyən dərmanların qəbulu zərurəti
*ailədə ananın getmək məcburiyyətində olması
*körpə döşü dişləyir və ya zədələyir
*digər gözlənilməz hadisələr.

İlk baxışdan əmizdirməyə davam etmənin mümkün olmaması kimi görünən halların əksəriyyətində, südəmizdirməyə davam etmək və ya vəziyyəti yaxşılaşdırmaq olar:
Davamı →

Gecə əmizdirilmələrinin dayandırılması

Gecə tez-tez süd əmmək, yüksək tələbatlı körpələr üçün səciyyəvidir. Bunu, sevimli bir restoranda yeməyə bənzətmək olar. Sakit abu-hava, zövqünüzə yaxşı bələd olan ofisiant, ləzzətli yeməklər və effektiv menecment. Həyat gözəldir! Heç gecə qurmanından incimək olarmı?

Bu problemin həlli yolunu axtarmazdan əvvəl, özünüzdən sual verin, həqiqətənmi gecə əmizdirmələri problemdir? Bu dövr öz-özünə keçib gedəcəkdir. Bir gün, tezliklə, körpəniz daha bütün gecəni süd əmməyəcək və hər ikiniz səhərə qədər yatacaqsınız.
Davamı →

Ana südünün azaldılma üsulları

Körpənin süddən kəsilməsi zamanı ananın rahatlığını təmin etmək üçün aşağıdakı tədbirləri nəzərinizə çatdırırıq. “Südünüzü qurutmaq” üçün sinənizi sarımayın. Bu, süd kanallarının tıxanması, döş infeksiyası və döşdə şişkinliyə səbəb olan keçmişdə qalmış bir üsuldur.

Əgər xüsusi bir vaxt körpəni əmizdirmədikdə döşləriniz dolur və sizə narahatlıq törədirsə, vəziyyətiniz yüngülləşənə qədər bir balaca südünüzü sağın. Siz südü bir neçə dəqiqə südsağanla və ya əlinizlə sağa bilərsiniz.
Davamı →

Qırmızımtıl və ya çəhrayı ana südü

Bəzən analar sinələrindən gələn südün qırmızımtıl çalarda və ya çəhrayı olmasından narahat olurlar. Bu zaman nə edəcəklərini bilmirlər- əmizdirməyə davam etməkmi, yoxsa süd normal rənginə qayıdana kimi fasilə verməkmi? Ana südünün qırmızı olmasının iki səbəbi ola bilər:

1. Döşdə və ya gilə daxilində qan kapilyarlarının partlaması ana südünü qımızımtıl rəngdə olmasına səbəb ola bilər. Ana südündə az miqdarda qanın olması ciddi problem deyil. Lakin anada qan vasitəsilə körpəyə keçə biləcək xəstəliyin mövdculuğu bu halda istisnadır. Ana südünə keçən cüzi qan südün rənginə təsir edə bilər. Ana südündə qanın çoxluğu körpədə qusmaya səbəb olsa belə ciddi narahatlığa səbəb yoxdur. Bu halda həkim və əmizdirmə məsləhətçisinin məsləhətini almaq tövsiyyə edilir.
Davamı →

Uşağı ana südündən ayırmaq üçün məsləhətlər

Məlumdur ki, ana südü ilk 6 ay körpənin ehtiyaclarını 100 faiz qarşılayır. Altıncı aydan sonra ana südü sürətlə böyüyən körpənin fizioloji ehtiyaclarını qarşılamır, buna görə artıq əlavə qidalara başlamaq lazımdır. Bu dövrdən sonra əmizdirməyə davam etmək ana və körpə arasındakı bağı davamlı qüvvətləndirir və körpənin psixoloji inkişafına müsbət təsir göstərir.

Uzun müddət ana südü qəbul edən körpələrin daha az xəstələndikləri, xəstəlikləri daha yüngül keçirdikləri sübut olunub. Əmizdirmə dövrünün uzanması tək uşaqların sağlamlığı deyil, ananın da ruh sağlamlığına müsbət təsirləri var. Ancaq uşağı lazım olandan daha çox əmizdirmək isə əlavə qidalara keçiddə çətinlik yaradır, yeməkləri udma və çeynəmə bacarığının inkişafına mənfi təsir edir. Əmizdirmənin nə zaman və doğru formada dayandırılması ilə bağlı mütəxəssislərlə birlikdə qərara vermək məsləhətdir. Belə olduqda yaranan səhvlərin minimuma endirilməsini təmin edərsiniz. Əhəmiyyətli olan uşaqların ruhən və cismən sağlam fərdlər olaraq cəmiyyətə qazandırılmasıdır.
Davamı →

Əmizdirmə zamanı kürlük edən körpə

Bəzi körpələr, əmizdirmə zamanı kürlük edir, ağlayır və ya döşdən imtina edirlər. Bunun baş verməsinin bir sıra səbəbləri var. Bu hal, adətən körpə 6-8 həftəlik olduqda müşahidə olunur. Lakin, bu istənilən ay baş verə bilər. Körpə döşdə olarkən kürlük etdikdə və ya hər hansı bir ana uşağının əmizdirmə zamanı niyə kürlük etdiyini soruşduqda, mən aşağıdakılara nəzər salıram:

Körpə neçə aylıqdır?
Bir çox körpələr, həyatının ilk günləri və ya 7-10 günlüyündə, 4-6 həftəliyində, 3 ayında, 4 ayında, 6 ayında, 9 ayında və s., inkişaf sıçrayışlarından keçir. Bir çox uşaqlar inkişaf sıçrayışları zamanı kürlük edir.

Davamı →