Hansı döşlərdə süd olmur?

Hər bir qadın fərqli oluğu kimi döşlər və gilələr də formasına, ölçüsünə, rənginə görə qadından qadına fərqli ola bilir.

İstənilən döş istər iri istər kiçik, istər elastiki istər sallaq döşlər körpənin tam ehtiyaclarını ödəyə biləcək miqdarda süd istehsal edir. Gilənin uzun və ya qısalığından, areolanın rəngindən və genişliyindən asılı olmayaraq sağlam analarda əmizdirmə problemləri olmamalıdır.

Müəyyən mənada yastı və ya çevrilmiş gilələr əmizdirmədə cüzi çətinliklər yarada bilək ki, onları da mütəxəssislərlə birlikdə çözmək kifayət qədər mümkündür.
Davamı →

Əmizdirən ana haqqında 10 yalnış məlumat

Pitsburq Universiteti (University of Pittsburgh) “Women`s Health Initiative” ictimai təşkilatı menapauza (aybaşının dayanması) dövründə qadınların sağlamlığının vəziyyətini araşdırmaq məqsədilə139 min qadının xəstəlik tarixi ilə tanış olaraq, belə bir qənaətə gəlib ki,əmizdirmənin müddəti qadının sağlamlığı ilə birbaşa əlaqədardır. Beləki, 1 ildən artıq müddətdə əmizdirən qadınlarda diabet xəstəliyinin meydanaçıxma ehtimalı 20 %–ə, hipertoniya ehtimalı 12 %–ə, qanda xolesterinin miqdarının artma ehtimalı 19 %–ə, insult riski isə 9 %–ə düşüb.

Dünya həkimləri bu qənaətə gəliblər ki, ana südü körpə üçün ən sağlam qida olmaqla yanaşı, hamiləlik dövründə orqanizmdə baş verən dəyişikliklərin doğuşdan sonra tez bir zamanda bərpa olunmasının ən faydalı yoludur.
Davamı →

Tandem əmizdirmə

Tandem əmizdirmə – ananın eyni zamanda 2 körpəni əmizdirməsidir. Əksər hallarda, uşaqlardan biri o birindən bir yaş böyük olur, bəzən isə uşaqlar arasında yaş fərqi 2 və daha çox olur. Kimsə bir qadının tandemlə süd əmizdirdiyini eşidəndə deyə bilər ki, “Sənə medal düşür!” və ya “Doğurdan!? Bu nəyə lazımdır ki!?”.

Bu məsələdə hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Tandem əmizdirməyə qərar vermiş ana başa düşməlidir ki, bu, ilk baxışda göründüyündən daha asandır. Lakin, bir neçə mühüm məqamı nəzərə almaq lazımdır:

♦ Yaxşı olar ki, hələ hamiləlik zamanı böyük uşağı tandemə hazırlayasınız. Tezliklə evə yeni körpənin gələcəyini və ananın südünü yeyəcəyini ona izah etmək lazımdır (çünki o hələ şorba və sıyıq yeyəcək qədər kiçikdir). 
Davamı →

Əmizdirmə problemləri: mastit

Əmizdirmə zamanı döşdə süd qurğunluğu yarana bilər.

Bu hal laktostaz adlandırılır. Əgər qadın laktostazdan vaxtında azad olmazsa, onda mastit (döşün iltihabı) inkişaf edə bilər. Xəstəlik bədən hərarətinin 38 C və daha çox yüksəlməsi ilə müşayiət olunur, döşün müəyyən bir sahəsində ağrılı və səthində qızartı olan şişkinlik əmələ gəlir. Bir çox hallarda zədələnmiş sahədə olan ağrı gəzərkən, bədənin vəziyyətini dəyişərkən daha kəskin hiss olunaraq, ananı xeyli dərəcədə narahat edir.

Xəstəliyin müalicəsi gün ərzində xəstə döşün 3 dəfə sağılması və uşağın tez-tez əmizdirilməsindən ibarətdir. Hərarətin yüksəlməsi ana üçün dözülməz olduqda, vəziyyətini bir qədər yaxşılaşdırmaq üçün o, parasetamol (və ya parasetamol tərkibli hər hansı hərarətsalan dərman) qəbul edə bilər.


Ardı →

Qeysəriyyə əməliyyatı və əmizdirmə

ABŞ-ın Childbirth Connection adlı Təşkilatı qeysəriyyə kəsimi əməliyyatının ana və körpənin sağlamlığında yarana biləcək otuzdan artıq fəsadları  qeyd etmişdir.

Bu fəsadlar həm qısa, həm də uzun müddətli ola bilər və təbii doğuşla müqayisədə daha çox potensial problemlərin riskini artırır. Müqayisə üçün qeyd etmək lazımdır ki, təbii doğuşun səbəb ola biləcəyi potensial problemlərin sayı əməliyyatdan təxminən 6 dəfə daha azdır.

Doğuş təbii bir prosesdir və qadın təbiətinin bir hissəsidir. Gələcək  analar unutmamalıdırlar ki, qeysəriyyə yalnız zəruriyyət halında olan seçimdir və təbii doğuşun heç vaxt əvəzləyicisi və ya  ondan daha üstün ola bilməz.

Bizi yaradan Uca Allah buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)”. (Bəqara, 286)
“Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir.” (Taləq, 7)


Ardı →