Anaların uşağın əmziyini öz ağızlarına salması təhlükəlidirmi?

Analar çox zaman körpəsinin əmziyi yerə düşdükdə avtomatik olaraq yumağa imkan olmadıqda onu öz ağızlarına salaraq təmizləyib, yenidən körpənin ağzına qoyurlar.

Çoxlarına gigiyenik görünməsə də, əslində mütəxəssislərin fikrincə bu uşağın sağlamlığı üçün xeyirlidir, onun immunitetini möhkəmləndirir.

Bu istiqamətdə aparılan araşdırmanın nəticəsi Sietldə keçirilən «Allergiya, astma və immunologiya» konfransında açıqlanıb. Alimlər 128 ana arasında uşaqların əmziklərini necə təmizləmələri ilə bağlı sorğu keçiriblər. Onlardan əmziyi qaynar suda, qabyuyan maşında, axar suda sabunla və yaxud da ağızları ilə təmizlədiklərini soruşublar.
Davamı →

Əmziyi tərgitmək üçün 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmziklə ayrılıq uşağı travmaya məruz qoymasın? Nələri heç bir halda etmək olmaz?

Pediatrlar adətən əmziyi tərgitməyi 12 aya qədər etməyi məsləhət edirlər. Səbəb ondadır ki, hələ bu yaşına qədər körpədə əmziyə dərin asılılıq yaranmamışdır. Ona görə də onun yoxluğu uşağa o qədər də ağır təsir etməyəcək.
Davamı →

Əmzikdən istifadə

Əmzik bir çox ana üçün uşaq ağladığında, narahat hiss etdiyində can qurtarandır. Ancaq istifadə edilən əmziyin uşağa olan ziyanları bitmək bilmir! Uşaqlar üçün bir müddətdən sonra asılılıq halına gələn əmzik onların ağız sağlamlığına və diş struktruna ziyan verə bilər. Bununla yanaşı, uşaq üçün çox faydalı və vacib olan ana südündən də uzaqlaşdıra bilər. Bəs əmziyi necə istifadə etməliyik ki, uşağımıza zərəri olmasın?

Barmaq əmən uşaqlar əmzik yeməlidir
Hər bir uşaq həyat instiktləri ilə doğulur. Bu instiktlərdən biri də əmməkdir. Bu refleks uşağın qidalanması üçün çox önəmlidir və bəzi uşaqlarda çox zəif, bəzilərində isə qane edilməyəcək dərəcə çox güclü ola bilir. Bu instikt çox olan uşaqlar barmaqlarını əmməyə başlayırlar. Baş barmağının əmilməsinin qarşısını almaq üçün əmzik yaxşı bir alternativ ola bilər.
Davamı →

Əmzik nə vaxt tərgidilməlidir

Uşaq doğulduqdan sonra yeni anaları sual qarşısında qoyan məsələlərdən biri də uşaqlara əmzik verilib-verilməməsi ilə bağlıdır. Çünki əmziklərlə bağlı həkim və valideynlərin fikirləri haçalanır. Bəzi həkimlər əmziyi uşağın ağız və dişlərinə zərərli hesab edir. Analar isə rahatlığına görə əmziyə üstünlük verirlər.

Həkim Mehmet Ali Talay bildirir ki, uşağın əmmə refleksi həyatda qalmaq üçün ana bətnində öyrəndiyi və yuxuda, oyanıq olarkən təkrar etdiyi bir hərəkətdir: "Əmmək uşağı sakitləşdirir. Uşaqlarda əmmə ehtiyacı ən çox ilk 3-4 aylıq ikən çox bəlli olur. Uşağın anaya alışması və əmmə alışqanlığını anadan öyrənməsi üçün doğuşdan sonra bir neçə həftə uşağın əmziklə tanış olmaması əhəmiyyətlidir.
Davamı →

Əmziyin faydaları və zərərləri

Əmmə yalnız qidalanma vasitəsi yox, eyni zamanda sakitləşdirici təsirə malik bir prosesdir.

Araşdırmalar göstərir ki, bəzən uşaq doğulmadan öncə ana bətnində baş barmağını əmməyə başlayır. Bu bəzi uşaqlarda əmmə refleksinin güclü olması ilə izah edilir.

Uşaqlar üçün əmmə yalnız qidalanma vasitəsi yox, eyni zamanda sakitləşdirici təsirə malik bir prosesdir. Bu səbəbdən bu gün hər bir valideyn əmzikdən istifadə edir.

Amerika Pediatr Akademiyası əmziyin faydalarını və zərərləri barədə araşdırma apararaq aşağıdakı nəticəni əldə edib. 

Əmzik körpəni sakitləşdirir onu ağlayan hər bir uşağa verdikdə o dərhal səsini kəsir.

Əmzik uşağa hər hansi bir iynə və ya peyvənd vurulan zaman uşaqları sakitləşdirməyə köməklik göstərir. Körpənin yuxuya getməsinə köməklik edir.

Həmçinin tədqiqatçılara görə əmzik qəfil uşaq ölümü sindromu risqini də azaldır. 

Bütün bunlarla yanaşı əmziyin bəzi ziyanları ola bilər: Məsələn, əmziyə alışan uşaq ana südündən imtina edə bilər. Uzun bir müddət əmzikdən istifadə etmək uşaqlarda dişlərin nizamsız düzülüşlə çixması kimi problemlərə də gətirib çıxara bilər. Ən önəmlisi isə körpənin yerə düşən və mikroblarla dolu olan əmziyi təkrar ağzına qoymasıdır.

Mənbə: publika.az 


Davamı →