Xəzər dənizi haqqında

Böyüklüyünə və bəzi fiziki-coğrafi əlamətlərinə görə Xəzər-dəniz hesab olunur.Xəzər dənizi Avropa və Asiyanın sərhəddində yerləşir.Onu, dünyanın başqa su hövzələri  ilə bilavasitə əlaqəsi olmadığına görə göl də adlandırırlar.Bu baxımdan Xəzər, dünyada ən böyük göldür.

Xəzərin sahəsi 380 min km2-dir.Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6380 km-dir.Ən uzun sahəsinin uzunluğu 1205 km, eni 554 km, ən dərin yeri isə Lənkəran sahəsidir.(1025 metr).Xəzərin səviyyəsi okean səthindən 28 m aşağıdadır.Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o «Cənub dənizi» adlanır.Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə. vı əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır.Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycan ərazisində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır.İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsca «canavarlar ölkəsi» deməkdir) yaranmışdır.Hər iki ad Herodot tərəfindən də istifadə olunur (e.ə. v əsr).Daha sonrakı antik müəlliflər bu adlarla yanaşı «Coşqun» və «Hirkan» dənizi adlarını işlədirlər.Qedim rus əlyazmaları abidələrində Xəzər dənizi «Göy» (Monqol-Türklərdən götürülmüşdür), «Xarəzm» (Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm dövləti ilə bağlı), «Xvalın», «Dərbənt» və s. kimi adlandırılır.Bütövlükdə müxtəlif vaxtlarda müxtəlif xalqlar Xəzərə 70-ə qədər ad vermişlər.


Ardı →