Əgər azad seçimimiz varsa, nə üçün bəzi şeyləri seçdikdə Cəhənnəmə düşməliyk?

  Keçən məqalədə biz, “Əgər alın yazısı mövcuddursa, nə üçün mühakimə edilməliyik?” sualı barədə qısa da olsa fikir mübadiləsi aparmışıq. İndi isə, bu sualın əvvəl hissəsinin dəyişilişmiş, lakin nəticəsi eyni olan variantına cavab vermək istəyirik.

Birinci sualda məcburiyyət və nəticəsi mühakimə idi. İkinci sualda isə əvvəli muxtariyyət və nəticəsi mühakimədir. Bu sual, əslində, cavab verilməsə də, bir cavabdır. Elə isə, qısa da olsa, cavab verməyə çalışaq.

Azad iradə nədir?

Azad iradə bildiyimiz seçim azadlığıdır. Bu azadlıq Allah tərəfindən bizə verilmiş bir lütfdür ki, yaratdığı bir çox məxluqa onu verməmişdir. Misal üçün, mələklər icbari bir məxluqdur. Yəni, onların azad seçimləri yoxdur, onlar proqramlaşdırılaraq, sırf onlara təhkim olunmuş işi görürlər. Həm də, onların ən ali məşğuliyyətləri ibadət, Allahı zikr, təqdis etməkdir. İkinci və məşhur olan digər məxluqlar heyvanlardır ki, onlar da proqramlaşdırılmış məxluqlardır. Misal üçün, qoyunlar bizim əsrdən də əvvəl mələyərək, tövlədə yaşayıb, ot yemişlər. Elə indi də həmin yaşayışı davam etdirirlər. İnsan isə, həm əqlə, həm də nəfsə malik məxluqdur. O azad seçimi ilə ya mələkdən yuxarı ola bilər (çünki, azad seçimi ilə ixtiyari surətdə düzgün yolu tutur), ya da nəfsə qulluq etməklə heyvandan aşağı enə bilər (çünki, bunu da o, ixtiyari surətdə edir). 
Ardı →

Əgər alın yazısı varsa, nə üçün əməllərimizdə məsuliyyət daşıyırıq?

  

Əgər qədərimiz və ya alın yazımız qabaqcadan yazılıbsa, aldığımız qərarlara görə nə üçün məsuliyyət daşıyırıq? 

Bu sual insan beynini qarışdıran suallardan hesab olunur. Həm də aktual və tez rast gəlinən suallardandır. Qısa və konkret cavab verməyə çalışaq

Sualdan belə anlaşılır ki, insanın taleyi qabaqcadan hesablanıb və yazılıb. Bir sözlə, proqramlaşdırılmış insan öz əməli sərhəddindən çıxmaqda acizdir və o nə edirsə, günahkar sayılmır. Bütün məsuliyyət onun proqramındadır. Misal üçün biz, Hitleri qınaya bilmərik (bu suala əsasən), çünki o bu cür yaradılıb və həyatda tutduğu missiyası qabaqcadan bəlirlənib.  


Ardı →