Ərəb imperiyası

Sasanilər imperiyasının feodallaşma dövrünə qədəm qoyması imperiyanın hüdudlarının genişləndirilməsi ilə paralel baş vermişdir. Bizim eranın V-VI əsrlərində imperiyanın sərhədləri şimalda Mərkəzi Asiyanın ortalarına, Qafqaz dağlarının ətəklərinə, qərbdə Aralıq dənizinin sahillərinə, cənubda Səudiyyə Ərəbistanının ərazisi də daxil olmaqla Asiyanın cənubuna, şərqdə Çinə qədər uzanırdı. Eramızın 570­ci ilində Sasani qoşunları Həbəşləri Yəsrib və Məkkədən qovaraq buranı öz hakimiyyəti altına aldı. Həmin ildə də Məhəmməd peyğəmbər anadan olmuşdur.
Sasanilər imperiyasının qüdrəti uzun sürmədi. Hələ qədimdən ticarət karvanlarının yönəldiyi bu yerlər Bizans imperiyasının da diqqətində idi. I Xosrovun Hicazda ağalığı uzun sürmədi. Eramızın 575-579-cu illərində hərbi əməliyyatlar nəticəsində SəudiyyəƏrəbistanının ərazisi bölündü.
Davamı →

Ərəb xilafəti

Xilafət (ərəb. خلافة‎‎ xilāfə; ing. Caliphate) və ya Xəlifəlik — İslam dinində siyasi və hüquqi idarə üsuludur. Xilafətə başçılıq edən şəxs xəlifə adlanır. Məhəmməd peyğəmbərin vəfatından XIII əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu kimi işlənmiş, daha sonralar isə bir sıra müsəlman dövlətlərində siyasi ideologiya mənasını daşımışdır.
Xilafət düşüncəsi daha çox İslamın sünni qanadında qəbul edilmişdir. Şiə qanadı xilafət idarə üsulunu tanımır və ona əks olaraq imamət dini dövlətçilik düşüncəsini qəbul edir. Xəlifə ilk əvvəl azad seçki əsasında təyin edilsə də, Əməvi ailəsi hakimiyyətə gəldikdən sonra səltənət şəklini almışdır. Abbasilər sülaləsinin X əsrdə zəifləməsinə qədər dövlətə başçılıq edən xəlifələr daha sonra İslam dünyasında ruhani lider roluna malik olmuşlar.
Davamı →

Ərəb imperiyasının tarixi

“Cəzirət-əl-ərəb” adlanan, Ərəbistan yarımadasında yaşayan əhali iki yerə bölünürdü.
  1. Köçəri ərəblər (bədəvilər)-maldarlıqla məşğul olurdular. Onların ən yaxın köməkçisi “səhra gəmisi” ad-lanan dəvələr idi;
  2.  Oturaq ərəblər-vahələrdə yaşayır və ticarətlə məşğul olurdular.
610-cu ildən başlayaraq Hz. Məhəmməd peyğəmbər İslam dinini təbliğ etməyə başladı. İslamı qəbul etmiş hər bir müsəlman aşağıdakı 5 şərti qəbul etməli idi:
  1. Kəlmeyi-şəhadəti bilməli;                         
  2. Gündə 5 dəfə namaz qılmalı;                    
  3. Oruc tutmalı;                                               
  4. Zəkat verməli;
  5. Həccə getməli;

Davamı →

Ərəb xilafəti və ərəb işğalları

Ərəb Xilafətinin I dövrü (630-661) 661-ci ilə qədər olan dövrü əhatə edir. Bu dövrdə Məhəmməd Peyğəmbər və onun 4 xəlifəsi (Peyğəmbərin müavinləri) hakimiyyətdə olmuşdular. 632-ci ildə Məhəmməd Peyğəmbər vəfat etdi. O vəfat edəndən sonra ərəb işğalları genişləndi. Ərəblərin hərbi işğallarının səbəbləri aşağıdakılardır: Bizans ilə İran arasında uzun illər gedən müharibələr hər ikisini zəiflətmişdi; ərəb qoşunlarında döyüşçülərin, xüsusi ilə sürətlə hərəkət edən süvarilərin sayı daha çox idi; Bizans və İran əhalisi ağır vergilərdən azad olmaq üçün ərəblərə xilaskar kimi baxır, onların tərəfinə keçirdi.


Xəlifə Əbu Bəkir (632-634), Ömər (634-644), Osman (644656), Əli (656-661) dövründə işğalçılıq müharibələri genişləndi. Əbu-Bəkir dövründə Suriya və İranın işğalına başlandı. Ömər Suriya, İraq və Misiri işğal etdi. Yərmuq (636) döyüşündə Bizans məğlub oldu. 638-cı ildə Kadsiyyə yaxınlığında İran qoşunu məğlub oldu. 642-ci ildə Nahavənd vuruşmasında ərəblər İrana qalib gəldilər. İranın paytaxtı Mədain 4 ay mühasirədə qaldı. Mədain (Ktesefon) 652-ci ildə tutuldu və Sasanilər dövlətinə son qoyuldu.


Ardı →

Azərbaycan Sasanilər və ərəb istilasi dövründə

III-IV əsrlərdə Azərbaycanda feodal münasibətləri yarandı. Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Atropatena bu dövrdə də zərdüştlüyə sitayiş edirdi. Albaniya 226-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənuşirəvanın dövründə (531-579) Albaniya, Atropatena və İberiya Sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Uti, Arsax, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi. Həmin dövrdə Dərbənd “Dəmir qapı” adlanırdı. Paytakaran Mil-Muğanı, Arsax isə Qarabağın dağlıq hissəsini əhatə edirdi. Arsaxın əhalisini türklər təşkil edirdi.


Ardı →