AQRESSİVLİK BİZƏ XEYİR VERİRMİ?

                        
                 
Bir çoxlarımız, aqressiv və emossionalıq və ən xırda bir dolaşıqlıq olduğu zaman ya da xoşagəlməz bir vəziyyətlə qarşılaşdığımız vaxt dərhal özümüzdən çıxıb dağıdıcı bir mövqe sərgiləyirik. Tutaq ki kimsə bizə qarşı yanlış bir hərəkətə yol verdiyi zaman, əksər hallarda bizim bu duruma reaksiyamız, eyni cür ya da hətta daha qatı olur. Məsələn deyək ki facebook-da kimsə bizi öz statusunda yersiz olaraq tənqid edib və filan hərəkəti etməkdə suçlayıb, hansı ki biz o hərəkəti əslində etməmişik. Ya da lap elə bizi təhqir edibdir. İndi biz çox vaxt həmin anda, təhqir olunma hissinin təsiri ilə əsəbləşib dərhal ona ağır cavab vermək fikrinə düşürük. Çünki onun etdiyi hərəkəti, onun özü üçün üstünlük, özümüz üçün isə itki hesab edirik. Yəni düşünürük ki o bizi təhqir etməklə bizdən bir addım önə keçib ya da belə desək, bizə «qol vurub». Amma əslində isə heç də hər zaman belə deyildir. Yəni kiminsə bizi təhqir etməsi, heç də hələ onun bizə üstünlük sağlaması, bizə zərər vurması anlamına gəlmir. İzah edək.
Fərz edək ki biz, ciddi imicə sahib bir insanıq, bizi təhqir edən isə qeyri-ciddi bir insandır. O, məsələn bizi facebook-da yazdığı statusda hansısa bir heyvana bənzədib. İndi bu statusu oxuyanlar içində bizi tanıyanlar, zatən bizi ciddi bir şəxs kimi tanıyırlar, tanımayanlar da bizi maraq edəcəklər və kim olduğumuzla maraqlanacaqlar, beləliklə də ya profilimizlə ya da internetdə haqqımzdakı başqa məlumatlarla maraqlanıb bizim ciddi bir insan olduğumuzu görəcəklər.
Beləliklə bu olayın son nəticəsi nə olacaq? Yəni bizim təhqir olunmağımızla başlayan və bizim barədə daha çox maraqlanılmaqla bitən bu prosesin sonucu nə olacaq?
Təbii ki biz əvvəlkindən daha çox tanınacağıq və müsbət imicimiz daha da artacaqdır. Əvəzində isə bizi təhqir edən şəxs barəsindəki mənfi fikirlər daha da güclənəcək və onun qeyri-ciddi imici möhkəmlənəcəkdir. Dediyi sözün, həqiqətdən uzaq olma dərəcəsinə uyğun olaraq bu hadisənin ona verdiyi zərər və nüfuz itkisi də çox olacaqdır.
Bir sözlə, ilk baxışda bizə, itki ya da mənfi hadisə kimi görünən bir olayın səbəb olduğu nəticələr, əslində bizim xeyrimizə olacaqdır.
Amma indi biz əgər əsəbimizi boğmasaydıq, soyuqbaşla düşünmədən dərhal adekvat reaksiya versəydik, yəni biz də onu öz üslubunda və hətta daha ağır şəkildə təhqir etsəydik onda nə olacaqdı? Təbii ki bizim ciddi imicimizə xələl gəlmiş olacaqdı və onun dedikləri, nəticədə daha inandırıcı görünəcəkdi!...Yəni o, bizi qeyri-ciddi göstərməyə çalışarkən biz də qeyri-ciddi davranıb, onun dediklərinə əslində dəstək vermiş olacaqdıq! Üstəlik də həm psixoloji olaraq həm də bioloji olaraq nə qədər geri getmiş olacaqdıq(hüceyrə itkisi və s); belə ki, hər əsəbləşəndə insan həm fiziki olaraq qocalır həm də ruhi olaraq...
Odur ki necə deyərlər, hər şərdə, bir xeyir vardır. Həyatda bizə ilk baxışda mənfi və ziyanlı görünən nə qədər belə vəziyyət və məqamlar var ki, emosiya və əsəb, bizim gözümüzə və düşüncəmizə pərdə çəkib, real nəticələri görməmizi əngəlləyir…
Gərək, hisslərin bizi yönləndirməsinə imkan verməyək, hisslərə güvənməyək, onlar bizi aldadıb ziyana uğrada bilər, hisslər heç də hər zaman dostumuz deyil! Bütün hisslərimiz, ilk əvvəl ağlın kontrolundan keçməlidir. Adicə məsələn şəkər xəstəsi bir insanın hissləri, ona filan yeməyi təşviq edə bilər amma o, hisslərə deyil ağla güvənməlidir yoxsa vəziyyəti daha da ağırlaşa bilər. Ya da məsələn çox yatmaq, hisslərimizə xoş gələ bilər amma bu, ziyanlıdır və insanı süstləşdirən amildir. Və ya bir oğlanın şirin dilinə ya da xarici görünüşünün təsirinə qapılıb onun mənfi bir niyyətdə olmasına əsla ehtimal verməyən bir qız, son nəticədə ziyana uğraya və depressiyaya düşə bilər...

Bir sözlə: dostumuz, hisslər deyil, ağıl və düşüncə olmalıdır!...
Psixoloq Yunis Dürüst



Davamı →

Əllərdə əsmənin səbəbləri və müalicəsi

Həyatımızda bəzən sevinc, bəzən üzüntü, bəzən də əsəb və gərginlik o həddə çatır ki,  özümüzdən asılı olmayaraq əllərimiz əsir. Bunu keçici bir hal kimi qəbul edərək o qədər də əhəmiyyət vermir, üstündən ötüb keçirik. Əllər həmişə əsirsə, bunun səbəbi nədir?

Fizioloji tremor və onun səbəbləri

Çox emosional adamların əlləri daim əsə bilər, lakin əsəblərin sakitləşməsi ilə titrəmə də keçib gedir. Əllərdə əsmənin səbəblərindən biri də depressiyadır. Depressiv halın inkişafı hərəkətlərdə kəskinlik və sərtliyin yaranmasına, nəzarətin itməsinə səbəb olur. Bəzi dərman preparatları, məsələn, psixostimulyator, antidepressant, neyroleptik və litium preparatlarının qəbul edilməsi də əllərdə tremoru artıra bilər. Çay, qəhvə və alkoqollu içkilərin artıq miqdarda qəbulu da əlləri əsdirə bilər, çünki spirtli içkilər sinir hüceyrələrinin susuzlaşmasına və erkən məhvinə səbəb olur. Osteoxondroz zamanı beyin qan dövranının zəifləməsi də əllərin bərk əsməsinə gətirib çıxarır. Bəzən güclü fiziki gərginlik provokasiyaedici faktor olur. Belə tremor uzunmüddətli ağır işdən və ya fiziki məşqlərdən sonra artır. Əllərdə qısamüddətli əsmənin əmələ gəlməsinə səbəb olan amillərdən biri də soyuq hava şəraitidir.

Həmin xəstəliklər müalicə tələb etməsə də, onlara səbəb olan faktoru aradan qaldırmaqla əllərin əsməsinin qarşısını almaq olur. Lakin iki həftədən artıq davam edən və getdikcə artan tremor həkimə müraciəti və ərtaflı müayinəni zəruri edir.


Ardı →

Əsəb

Həmin çağırışı həm həkimlərdən, həm də tibbi məlumatı olmayan şəxslərdən tez-tez eşitmək olar. Bu, təsadüfi deyildir. Hələ çox qədim zamanlarda müşahidə edilmişdir ki, insan bərk əsəbiləşən kimi bədən funksiyaları pozularaq müxtəlif dərəcədə nəzərə çarpan xəstəlik əlamətləri törənir. Bu, əlbəttə, hər kəsdə və həmişə olmur, lakin həmin hadisələr arasındakı əlaqəni izləməyə imkan verəcək dərəcədə tez-tez təsadüf edilir: deyildiyi kimi, emosiyalar, başqa sözlə, hisslər, təəssüratlar sinir sistemi və sağlamlıq üçün yük, sanki sinir sisteminə və bunun vasitəsilə bütün orqanizmə vurulan zərbədir.
Emosiyasız həyat yoxdur: ayıq şəxs daim nə isə hiss edir: sevinc və qəzəb, ləzzət və ya ikrah, özündən, öz işindən, öz ailə və güzəranından, əhatəsindən razılıq və ya, əksinə, narazılıq. Bəzi emosiyalar yavaş-yavaş, insan hiss etmədən yaranır, tədricən o dərəcədə güclənir ki, insanın bütün davranışına təsir göstərir, uzun müddət, hətta aylarla, illərlə, on illərlə davam edir. Başqa hallarda emosiya qəflətən, müəyyən hadisənin, çox vaxt, həmin adama dəxli olan gözlənilməz böyük və ya kiçik hadisənin təsirindən baş verir:


Ardı →