Əsəbi insanlar xərçəngə tutulur

Bəslənmə müşaviri Dr. Gönül Atəşsaçan bədəndə olan bir çox xəstəliyi əslində özümüzün çağırdığını, ona görə də xəstəliklərin müalicəsində sadəcə fiziki olaraq deyil, zehni, romantik və ruhi olaraq da təmizlənməmiz lazım olduğunu bildirib. Atəşsaçan «Niyə acam, niyə kökəm» kitabında da ifadə etdiyi kimi özünü qurban olaraq görənlərin tiroid, əsəbilik hiss edənlərin xərçəngə qarşı, cinsi həyata qarşı yığılmış hirsləri olanların sellülitə, gələcək qayğısı daşıyanların beyin xəstəliklərinə uyğun olduğunu deyir və bəzi peşə qruplarının isə bəzi xəstəlikləri çağırdığını izah edir. Məsələn, vəkillər xroniki bədbəxt olur və bir çox xəstəliyə tez tutulur, jurnalistlər daha çox panik atak və ürək xəstəlikləri, ekran qabağındakılarda isə tez-tez şəkər və alkoqolizm görülür. Bir şeydən çox qorxuruqsa, səhv düşünməyə və başımıza pis hadisələrin gəlməsini planlamağa başlayırıq və bir müddət sonra onlar bizim həyatımızı formalaşdırmağa başlayır. Çünki hüceyrə çəpərinin elektrik cərəyanı hər şeydən təsirlənər. Qısacası, xərçəng əsəbilikdir. Əsəbini xaricə vuran insanlar xərçəngə daha az tutular. Bəzi xərçənglər müalicəylə yaxşılaşdığı halda yenə meydana gələr, çünki insan keçən təcrübəni yaddan çıxarır, halbuki, xəstəliklər ən yaxşı müəllimlərdir. Sellülit qadınların kişilərə qəzəbidir. Serotonin enəndə testestoron və libido enər, ostrogen artar, sellülit meydana gələr.

Davamı →

Əsəbin fəsadları

Əsəb və hirsin boğulması gizli xəstəliklərin yaranması üçün şərait yaradır.
Hər birimiz gündəlik həyatımızda nəyəsə əsəbiləşərək həm özümüzün, həm də ətrafdakıların qanını qaraldırıq. Bəzən əsəblərimiz sakitliklə soyusa da, bəzən bu əsəb günlər, yaxud həftələrlə davam edir. Daxildə əsəb zamanla kinə çevrilir. Əksər vaxtlar əsəbdən sonra sakitləşən insan bunun ani hiss olduğunu hesab edir, elə də əhəmiyyət vermir. Çox vaxt isə əsəb insanda elə ani reflekslər yaradır ki, müxtəlif sakitləşdirici dərmanları qəbul etmək vacib olur.

Ümumiyyətlə, çox az insan əsəbin insan orqanizminə dağıdıcı təsir göstərməsindən xəbərsizdir. Hiss etdiyimiz bütün duyğular insan orqanizmində iz buraxır və əsəb bu izlər arasında ən qorxulusu və ən təhlükəlisidir. Zaman-zaman ətrafda qışqıran, aqressiyasını ətrafdakılara büruzə verənləri gördükdə istər-istəməz belələrini tərbiyəsiz, hövsələsiz kimi qəbul edirik. Halbuki aparılan araşdırmalar göstərir ki, həyatın müəyyən dönəmlərində məhz o cür olmaq insan orqanizmi üçün olduqca xeyirlidir. Kanadada 6 illik araşdırma və müşahidələrin sonunda bəlli olub ki, əsəbiləşərək hirsini boşaldan, ağlayan insanlar gündəlik həyatda daha sakit, rahatlaşmış olurlar. Məhz belə insanlar həyatın bütün çətinliklərindən daha üzüağ çıxır, çünki analiz etmək qabiliyyətlərini daha yaxşı işə salırlar. Hirsini boğaraq özünü təmkinli aparan, daxilən əsəb keçirənlər isə


Davamı →

Sakitləşmənizi təmin edəcək məsləhət

Sakitləşmək, əsəbləri nəzarətdə saxlamaq çətin görünsə də, oxuyacaqınız bu məsləhətlər  duşdüyünz vəziyyətlərin daha pisə hal almasının qarşısını ala bilər və əsəblərinizi biraz sakitləşdirə bilərsiniz.

— Səssiz durun: Beyninizin içindəki bütün düşüncələri demə istəyi hər nə qədər ağır gəlsə də, bu kimi vəziyyətlərdə səssiz qalmaq ən doğru variantdır deyə bilərik.

-Əsəbinizi daha sonra peşman olacağınız sözlərə çevrilməsinə icazə vermək yerinə ağıllıca rəftar edərək səssiz qalın və düşüncələrinizi əks etdirmək üçün daha uyğun bir anı gözləyin.


Ardı →

Sıxınıtdan necə uzaqlaşmaq olar?

Sıxınıtdan necə uzaqlaşmaq olar?

1.      Gün ərzində 3-4 saatdan bir tempinizi azaldın 15-20 dəq azaldın.

2.      Səhər ayılandan sonra fitoçay və digər zövq verici bitki çaylarında istifadə edin.

3.      Telefonunuz zəng çalan zaman telefona tərəf tez qaçmayın, bir az zəng çalsın rahat şəkildə danışın.

4.      İki qaş arasında qalan sahəni baş və orta barmaqlarınızla yumşaq masaj etmək.

5.      Sağ burun dəliyinizi barmağınızla bğlayın və sol tərəflə bir az dərin nəfəs alın, daha sonra hərəkəti əksinə edin.

6.      Qollarınızı yana doğru açıb, başınızı və sinənizi düz tutun, gözlərinizi bağlayaraq dərindən nəfəs alın.

7.      Axşam yatmazdan öncə kitab oxuyub yuxuya dalın.

8.      Çörək, kartof, makaron, şokolad, küncüt, çiyələk kimi qidalardan xoşbəxtlik hormonunu artırmaq üçün istifadə edin.

9.      Aromatik bitki dəmləməsi, sedativ çayı  vasitəsilə vanna qəbul etmək və dincəlmək.


Davamı →

Əsəb

Həmin çağırışı həm həkimlərdən, həm də tibbi məlumatı olmayan şəxslərdən tez-tez eşitmək olar. Bu, təsadüfi deyildir. Hələ çox qədim zamanlarda müşahidə edilmişdir ki, insan bərk əsəbiləşən kimi bədən funksiyaları pozularaq müxtəlif dərəcədə nəzərə çarpan xəstəlik əlamətləri törənir. Bu, əlbəttə, hər kəsdə və həmişə olmur, lakin həmin hadisələr arasındakı əlaqəni izləməyə imkan verəcək dərəcədə tez-tez təsadüf edilir: deyildiyi kimi, emosiyalar, başqa sözlə, hisslər, təəssüratlar sinir sistemi və sağlamlıq üçün yük, sanki sinir sisteminə və bunun vasitəsilə bütün orqanizmə vurulan zərbədir.
Emosiyasız həyat yoxdur: ayıq şəxs daim nə isə hiss edir: sevinc və qəzəb, ləzzət və ya ikrah, özündən, öz işindən, öz ailə və güzəranından, əhatəsindən razılıq və ya, əksinə, narazılıq. Bəzi emosiyalar yavaş-yavaş, insan hiss etmədən yaranır, tədricən o dərəcədə güclənir ki, insanın bütün davranışına təsir göstərir, uzun müddət, hətta aylarla, illərlə, on illərlə davam edir. Başqa hallarda emosiya qəflətən, müəyyən hadisənin, çox vaxt, həmin adama dəxli olan gözlənilməz böyük və ya kiçik hadisənin təsirindən baş verir:


Ardı →

Gərginlikdən və əsəbilikdən qurtulmaq

Bütün böyük şəhərlərdə həyatın məcazi mənada quduzlaşmış ritmi hər gün orqanizmimizi üzür, əldən salır və sonra insanda stres və yorğunluğa gətirib çıxarır. Bəzən heç biz özümüz də hiss etmirik ki, gücümüz tükənmək üzrədir, odur ki, səbəbsiz narahatlıq, həyəcan hissi, inamsızlıq bizi bürüyür. Bizim bir çox xəstəliklərimiz, bu sonu bitməyən gərginliyimizin nəticəsində əmələ gəlir. Bu narahatçılıqdan qurtulmaq üçün müxtəlif yollardan istifadə etmək məsləhət görülür. Əlbəttə, biz bizi haqlayan xoşagəlməz hadisələrin baş verməsinə mane ola bilmərik ancaq biz bizi bürüyən gərginliyə qarşı mübarizə apara və onu aradan qaldıra bilərik .Gərginlikdən çıxmaq əhval ruhiyyəni qaldırır, insana gümrahlıq gətirir, həm də qismən bizim sağlamlığımızı və halımızı yaxşılaşdırır.


Ardı →

Əsəbilik və yorğunluq

Əsəbisiniz? yorğunsunuz? Yuxusuzsunuz? Bu problemlər sizdə də varsa səbəbləri və çarələri haqqında biraz məlumatlanaq. Əsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri, insanın iradəli olmasıdır. Belə olduqda bədənin müqaviməti artır, o, xəstəliyə üstün gəlir. Bununla yanaşı, əsəb zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdır. Həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar.
Ardı →