Professor Douelin başı

Xeyir qalib gələ bilmirsə, heç olmasa Şər cəzasını almalıdır.

Susmaq qızıldır. Öz qiymətinizi itirdikdən sonra heç olmazsa dilsiz heyvan və əsl idiot ləyaqətinizi hifz etmək istəyirsiniz, lakin buna müvəffəq olmayacaqsınız. Susmaqdan sonra partlayış olur. Nitq klapanının qoruyucusunu açmasınız, kindən partlayacaqsınız.

Məsələ burasındadır ki, bu şəhər hər gün insan qurbanı tələb edən müasir dava allahıdır. Mən hələ zavod, fabrik və tikintilərdəki bədbəxt hadisələri demirəm. Hər gün dəyişilməz təbiət qanunlarına əsasən şəhərdə küçə hərəkətindən bir neçə adam tələf olur. Budur, ölümə məhkum olunmuş bu gülərüzli, sağlam adamlar sabah başlarına nə gələcəyini ağıllarına gətirmədən bu axşam arxayınca yerlərinə girəcəklər.
Davamı →

Buludların üzərində ölüm

İnsan əgər həqiqəti deyirsə, o, heç nədən qorxmamalıdır.

Ah, bu detektiv müəllifləri! Onlar öz romanlarında həmişə polisi axmaq yerinə qoyurlar.

Axı qətlin təkcə günahkara və qurbana aidiyyatı yoxdur. O, günahsızlara da toxunur.

Təcrübəmdən bilirəm ki, adamların çoxu uçan yarasalar kimi kordurlar, yeri gəlmişkən, bu, bütün xoşbəxt adamlara aiddir, amma necəsə bir hədd var axı!

Siz öz gördükləriniz əsasında nəticə çıxardırsınız. Heç nə adamı birbaşa müşahidə qədər həqiqətdən uzağa apara bilməz.
Davamı →

Yarpaq tökümü

Qalib insanlar üçün səmimi və mərhəmətli olmaq ən asan və təbii bir hərəkətdir.

Səsini ucaltmaq canı yanan insanların ən ibtidai haqqı idi.

İnsanın səadətini uşaqlarından gözləməsi nə boş xəyalmış, ya rəbbi! Nə edəsən ki, Allah insanları bir cür yaradıb. Uşaqlarımızın hamısını məsud etməyə qüdrətimiz də olsa, əlbəttə birinin səadəti o birisininkindən hansı cəhətdənsə axsayacaqdır…
O məsudları dərhal unudacağıq. Övladlarımız içində hansı bədbəxtsə, yalnız onun səsini duyub ağlayacağıq. Bəli, uşaqdan, övladdan səadət gözləmək boş bir xəyaldır.

Bir sözlə, insan olmağa çalışmaq sənə də, mənə də zərərdən başqa bir şey gətirmədi. Baxaq, bir az da heyvanlığı təcrübə edək!..
Davamı →

Sərhəddən cənubda, günəşdən qərbdə

Başqalarına arzu təlqin etmək, təxəyyülünü oyatmaq — bunları həyata keçirmək indi mənim növbəmdir. Məndən tələb olunan, bax, budur. Bəlkə də, bu arzu və fantaziyaların enerjiyə ehtiyacı olacaq. Ola bilsin. Ancaq hər halda, varlığım bir məna kəsb edirsə, gücüm çatana qədər bu işi davam etdirməliyəm.

— Mənə yenə əzab verə bilərsən. Bilmirəm, gələn dəfə necə reaksiya verəcəm. Hərçənd, gələn dəfə əzab verən tərəf mən də ola bilərəm. Söz verə bilmərik. Nə sən, nə mən. Ancaq mən hələ də səni sevirəm. Bu qədər. Onu özümə sıxdım, saçlarını sığalladım.
— Yukiko, gəl sabah hər şeyi əvvəldən başlayaq. Öhdəsindən gələrik. İndi artıq gecdir. Səhər yeni gündür. Onda da başlayarıq. Yukiko diqqətlə mənə baxdı və dedi:
— Sən hələ də heç nə soruşmursan.
— Sabah yeni həyata başlayıram. Nə deyirsən?
— Məncə, bu yaxşı fikirdir.
— Üzü güldü.
Davamı →

Ağılsız yaxşılıq həmişə ağıllı qəddarlığı doğurur

Con Apdaykın adı (18 mart 1932-ci ildə doğulub) Amerika ədəbiyyatının Cerom Sellincer, Kurt Vonnequt, Filip Rot və Tomas Pinçon kimi nəhənglərinin adları ilə bir sırada çəkilir. Apdayk ikiqat Pulitser mükafatı laureatıdır. “O, hər yeni personajda, hadisədə, mövzuda qədim, arxaik bir dünya açır”, deyə məşhur rus filoloqu və yazıçısı Andrey Astvatsaturov Apdayk haqqında yazıb. Aşağıda Apdaykın əsərlərindən seçmə fikirləri təqdim edirik.

Əgər soyuq müharibə yoxdursa, sənin amerikan olmağının nə mənası var ki? “Dovşan sakitləşdi”

Kişiləri bütövlükdə ruhları, qadınları isə bədənləri ifadə edir. Ancaq beyin kimdədir, onu bilmirəm. Yəqin ki, Allahdadır. “Qaç, dovşan”
Davamı →