Yaşa uyğun ətri necə seçməli?

Qədim dövrlərdə ətirlər makiyaj və dəriyə qulluq məhsulları kimi gözəllik üçün istifadə edilərdi. Əvvəllər ətir olaraq müqəddəs yağlardan istifadə edilərdi. Babil, Şumer və Aşurlular qoxulu yağları xüsusi qablarda yandırar və saçlarını ətirdən istifadə edərək gözəlləşdirirdilər… Kişilərin istifadə etdiyi taxma saqqallarda belə qoxulu yağlar və ətirlərdən istifadə edilərdi. Finikyalılar və Kartacalılar üçün ətirlər yaxşı bir ticarət vasitəsi idi. Dövrün qaynaqlarına görə, ən bahalı və qiymətli ətirlər misirlilər tərəfindən istehsal olunurdu.
Ətir seçməyin ən yaxşı yolu nədir?

Davamı →

Ətriyyatçıdan məsləhətlər

Kristof Ladamidel zəmanəmizin 10 ən böyük ətriyyatçılardan biridir. O hesab edir ki, hər bir brendin özünün xüsusi ətiri olmalıdır.

Məşhur parfum ustası bir çox lüks markaların, o cümlədən Beyons, Elton Con kimi udluzların ətirlərinin istehsalı ilə məşğul olub.

— Diqqət çəkmək istəyən şəxslərə nə cür ətir almağı məsləhət görərdiniz?
— Təzə ətir sizi azad edir. Ancaq təzə, eyni zamanda seksual ətir daha cəlbedicidir. İsti və tünd ətir söhbət etdiyiniz adamın diqqətini çəkə, yaxud da əksinə, gözünü qorxuda bilər. Odur ki, bu, istifadə edəcəyiniz ətirlə hansı təsiri yaratmaq istədiyinizlə əlaqəlidir.
Davamı →

Sakitləşdirən 5 ətir

Beyninizin sakitləşməsi üçün bir çox yol var. Bunlardan biri də aromaterapiya yəni ətir müalicəsidir. Ətirlərin beyinə təsirləri tədqiqatlar nəticəsində sübut olunmuşdur. Siz də sakitləşmək üçün bu ətirlərdən istifadə edin:

1. Darçın
Sakitləşmək üçün yüksək təsirə malik bitkilərdən biri darçındır. Onun həm ətri, həm çayı insana müsbət enerji verir.

2. Yasəmən
Yasəmənin sakitləşdirici təsiri vardır. Yatmadan əvvəl yastığınızın üzərinə bu bənövşəyi çiçəklərdən qoyun. Rahat yuxu yatmağınızı təmin edəcək.
Davamı →

Parfüm alarkən bunlara diqqət edin

Ətrafa gözəl ətir saçmaq hər bir qadının istəyidir. Özünüzə uyğun parfüm axtarır və ətrinizi dəyişdirmək istəyirsinizsə, bu məsləhətlərdən yararlanın.

Parfümü dəriyə sıxaraq yoxlayın
Parfümü kiminsə tövsiyəsi ilə deyil, dərinizə sıxaraq seçin. Çünki bir parfüm hər dəridə fərqli qoxular verir.

Bol sıxmayın
Çox parfüm sıxmaq burnunuzun bu qoxuya daha həssas olmasına və düzgün seçim etməyinizə mane ola bilər.
Davamı →

Ətir, parfum və odekolonun fərqləri

Çoxları düşünür ki, ətir, parfum və odekolon arasında fərq yalnız onun şüşəsi və qiymət miqdarındadır. Əslində bu adlar onlara aromatik fərq müxtəlifliyinə, yağ konsentrasiyasına, tərkibində nə qədər spirt və su olmasına görə verilir.

Eau Fraiche
Bu, bir qayda olaraq, ətrin ən qarışdırılmış verisyasıdır. Onun tərkibini 1-3% ilə faiz yağ əlavə edilmiş spirt təşkil edir. Qalan hər şey sudur. Ətir bir saatdan da az qalır.

Odekolon
Bu versiya əsasən kişi ətirləri hesab olunur. Hazırlanmasında təzə meyvələrdən istifadə olunur. Bir qayda olaraq, odekolonın tərkibinə 2-4% yağ, spirt və su daxildir. Ətrin qalıcılığı 2 saatdır.
Davamı →

Gəlmiş-keçmiş ən yaxşı 5 ətir

Ətir hər bir qadının sevdiyi, çox istifadə etdiyi, hətta xarakterini yansıdan bir kosmetik vasitədir. Hər il yüzlərlə növdə və adda ətirlər insanların istifadəsi üçün istehsal ounub satışa çıxarılır. Bir çox markanın və növün arasında qadınların əksəriyyətinin çox bəyəndiyi brendlər isə bir əfsanə olaraq adlarını tarixə yazdırmışdırlar. Ən çox bəyənilən bu 5 ətir brendinin hansılar olduğunu, onların yaranma tarixlərini və tərkiblərini sizə təqdim edirik.

Chanel No 5-Coco Chanel
Dünyanın ən məşhur ətri. Heç bir ətir bu qədər tanınmadı və sevilmədi. Coco Chanel 1921-ci ildə bu ətri satışa çıxardığı zaman qadın kimi qoxan bir ətir hazırlamaq istədiyini və buna nail olduğunu demişdi. Tərkibində yasəmən, səndəl ağacı, əmbər kimi bitkilər olan bu ətir fərqli qoxuları qarışdıran ilk ətirdir. Bundan əvvəlki ətirlərdə yalnız bir çiçək qoxusundan istifadə edilirdi.
Davamı →

Saxta ətri orijinalından necə ayırmalı?

Ətirlərin saxta və ya orijinal olub-olmamasını aydınlaşdırmaq çox zaman çətin olur. Amma bunun da bəzi göstəriciləri var. 

— Orijinal ətrin qutusunun ətrafındakı şəffaf sellofan ustalıqla qablaşdırılır və bağlı olur. Qablaşdırmada problemlər varsa, saxta olma ehtimalı yüksəkdir.

— Orijinal ətirlərin qutuları ətir şüşəsinin zərər görməsinə mane olacaq formada və ağ kartondan olur. Boz rəngli və ya nizamsız kartonlu qutusu olanları almayın.

— Qızılı rəngli dairəyə diqqət edin. Aşağıda şəkildə gördüyünüz soldakı orijinal, sağdakı isə saxtadır. Orijinal ətirlərdə qara ox sağ tərəfə, qızıl rəngli ox sol tərəfə doğru baxır. Belə deyilsə, saxtadır.
Davamı →

Dünyanın ən bahalıları

10. “Clive Christian İmperial Majesty Perfume” – Dünyanın ən bahalı ətri. Məşhur dizayner Clive Cristian tərəfindən hazırlanan bu ətrin bir unsiyası 12,000 dollar dəyərindədi. Bir şüşə ətir almaq üçün isə siz 215,000 dollar ödəmək məcburiyyətindəsiniz. Bu qədər baha olmasının səbəbi şüşənin 18 unsiyalıq qızıl halqa ilə haşiyələnməsi və 5 karatlıq almazlarla bəzədilməsidir. 


Ardı →