Əvəlik

  • Flora
Əvəlik Azərbaycanda çox istifadə olunan bitkidir. Tərkibində o qədər vitamin var ki, saymaqla bitməz. Onda limonda olduğundan da çox C vitamini var. Bu vitamin dəmirin mənimsənilməsini təmin edir.

A, E, PP və B qrup vitaminləri ilə zəngindir. Təbii askorbin turşusudur, qanı durulaşdırır. Antioksidant təsiri var.

Əvəliyin həm təzə yaşılı, həm qurudulmuşu xalq təbabəti və mətbəximizdə istifadə olunur.
Davamı →

Əvəlik

  • Flora
Əvəliyin təzə-tər yarpaqlarını yeyən hər kəs onun turşməzə tamını hiss edir.
Lakin çiy yeyiləndə turş dadan əvəlik bişiriləndə yeməklərə ləzzətli tam verir.

Yerüstü hissələrindən, cavan zoğ və yarpaqlarından müxtəlif növ vitaminli salat və xörəklər hazırlanır. Kulinariyada ondan şorba, ət və balıq xörəklərinin hazırlanmasında istifadə olunur. May-iyun aylarında əvəlik çiçəkləməmiş onu yığıb saç kimi hörür və qurudaraq qışa tədarük edirlər.

Əvəlik xalq təbabətində öskürək, plevrit, bronxit, bronxial astma, qaraciyər və öd kisəsi, dəri xəstəlikləri, anemiya, qıcıqlanmış bağırsaq sindromu, ürəkbulanma və mədədə qıcqırma zamanı, eləcə də qurdqovucu vasitə kimi geniş tətbiq olunur.
Davamı →