Əvəzliyin növləri

İsim, sifət, say və digər nitq hissələrinin yerində işlənən sözlərdir.

MƏNACA NÖVLƏRİ

  • Şəxs əvəzlikləri
  • Qeyri-müəyyən əvəzliklər
  • İnkar əvəzlikləri
  • İşarə əvəzlikləri
  • Sual əvəzlikləri
  • Təyini əvəzliklər

Əvəzliklər cümlədə mübtəda, xəbər, tamamlıq, təyin və zərflik rolunda çıxış edə bilir.


Davamı →

Şəxs əvəzlikləri

ŞƏXS ƏVƏZLİKLƏRİ

Türk dilində şəxs əvəzlikləri aşağıdakılardır:

 

TƏK

CƏM

1-ci şəxs:

ben — mən

biz — biz

2-ci şəxs:

sen — sən

siz — siz

3-cü şəxs:

o-o

onlar — onlar


Ardı →

Əvəzlik

İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir.
Məsələn: Anar əlaçı şagirddir. O, beşinci sinifdə oxuyur. Sinfimizdə əlaçı şagirdlər çoxdur. Həmin şagirdlər olimpiadada iştirak edəcəklər. Günay birinci sinifdə oxuyur. Günay neçənci sinifdə oxuyur? Müəllim təmkinlə danışırdı. Müəllim necə danışırdı? və s. Bu cümlələrdəki o, həmin, neçənci necə əvəzlikləri sıra ilə ismin, sifətin, sayın və zərfinyerində işlənmişdir. Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.
Davamı →