Mentalitet qurbanı olan azərbaycanlılar
C. Məmmədquluzadə “Ölülər”
2. Əxlaq – Sizə qarşı olunmasını istəmədiyiniz hər şeyin başqalarına da edilməməsini istəməkdir.
J.J. Russo “İctimai müqavilə”
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Xüsusən də bizim cəmiyyətdə, bizim insanlarda bir «təcrübə hərisliyi», bir «təcrübəxorluq» var. Əlaqəsi oldu-olmadı, hər kəs, hər məqamda «təcrübə»dən danışır. Bir «təcrübə rüzgarı”, alıb başını gedir.
Məsələn bir adam, deyək ki evliliyinin 3-cü ilindən sonra, öz həyat yoldaşı ilə aralarında soyuqluq yaranmasını, bir „təcrübə“ kimi qəbul edərək, „evlilik cəmi 3 il çəkir“ kimi bir „qanunauyğunluq“ kəşf edir.
Ya da hansısa yaşlı bir insan, öz gəncliyini, boş-boş şeylərə sərf edib deyə, „adam öz gəncliyinin qədrini qocalanda bilir“ deyə bir „aksiom“ qayırır.
Və ya kimsə, „filankəslə mən çox çörək kəsmişəm ona görə də onu yaxşı tanıyıram“ deyə bir „qayda“ düzəldir.
Əsil həqiqət isə budur ki, insanların özlərindən „təcrübə“ deyə bir şey qayırmasının ya da təcrübəni şişirdib hər şeyin fövqündə görməsinin səbəbi, elə AĞILSIZLIQdan başqa bir şey deyil!
İnsanda əgər ağıl, yetərincə yoxdursa, onun nəzərində önəmli olan şey, ağıl ola bilməyəcəyinə görə, təbii olaraq başqa bir şey olacaqdır (mütləq mənada havasızlıq mümkün olmadığı kimi, insanın önəm verəcəyi bir şey, mütləq olacaqdır).
Və ağılsızlıq da 2 səbəbdən qaynaqlanır; 1)Sırf zəkasızlıqdan qaynaqlanan ağılsızlıq. 2)Məsuliyyətsizlikdən (əxlaq zəifliyindən) qaynaqlanan ağılsızlıq.
Yəni bir insanın tutaq ki öz evliliyinin 3-cü ilində partnyoru ilə arasındakı münasibətin qırılmasını, bir „təcrübə“, bir „qanunauyğunluq“ və dolayısıyla da normal bir şey kimi qəbul etməsinin, əxlaqsızlıqla əlaqəsi bu şəkildə ola bilər; o, bir həyat yoldaşı kimi, məsuliyyətsiz davrandığı üçün və öz üzərinə düşənləri yerinə yetirmədiyi üçün, partnyoru ilə münasibəti qırılmışdır. Lakin o, məsuliyyətdən qaçaraq, problemin özündən qaynaqlanan səbəbini və özünün günahkar olmasını qulaq ardında vurub, günahkarı, başqa yerdə axtarıb aradan sivişmək istəyir; „onsuz da 3-cü ildən sonra belə olur“ deyərək, bir mənada „mənlik bir şey yoxdur, həyatın qaydası belədir“ söyləmək istəyir.
Bax bu, məsuliyyətsizlikdən (əxlaq zəifliyindən) qaynaqlanan ağılsızlıqdır.
Sırf zəkasızlıqdan qaynaqlanan ağılsızlıq isə belə ola bilər; zəka zəif olduqda təbii olaraq özünü normal idarə etmək mümkün olmadığı kimi, normal bir evliliyi idarə etmək də zatən mümkün deyildir. Xüsusən də qarşındakı insan da əgər zəkidirsə onun gözləntiləri də yüksək olacaqdır və üstəlik də arada, onu sənə bağlayacaq başqa bir amil də olmadıqda, artıq bu evliliyin idarə edilməsi, tam bir strategiya, həssaslıq və zəka gərəkdirəcəkdir.
Bu durumda da evliliyini, xoş niyyətinə baxmayaraq idarə etməyə potensialın çatmaması və bundan yola çıxaraq da, „evlilik ancaq 3 il çəkir“ kimi bir varsayıma meyillənilməsi, məhz zəkasızlığa dayalı bir „təcrübəxorluq“dur.
Halbuki əslində çox açıq-aydındır ki evlilik, əgər normal və sağlam əsaslara söykənirsə o, labüd olaraq elə əbədi də davam edə biləcəkdir. Əgər davam etmirsə demək ki tərəflərdən ən azından biri, sağlam dünyagörüş və xarakterə sahib deyildir.
Həmçinin elə yuxarıdaki 2-ci örnək barədə də eyni şeyləri söyəmək olar; „adam öz gəncliyinin qədrini qocalanda bilir“ kimi bir qondarma aksiom da elə 2 növ ağılsızlıqdan qaynaqla bilər; əqli ağılsızlıq və ya əxlaqi ağılsızlıq.
Yəni bir var ki adam, zəkalı, dolayısıyla da kapasitəli olduğu halda, öz gəncliyini və potensialını, mənasız şeylərə sərf edib sonra bilə-bilə günahı öz boynundan atmaq və özünü təmizə çıxarıb suçluluq psixologiyasından yaxa qurtarmaq üçün, bilərəkdən, şüuraltında özünə bunu inandırmağa çalışır ki, „əslində hər kəs gəncliyini boşa verir“...
Yəni bu, sırf əxlaq zəifliyindən qaynaqlanan „təcrübəxorluq“dur.
Eyni zamanda əgər bir kəs, o qədər də potensialllı və zəki deyilsə, təbii ki, gəncliyində çox da ciddi şeylər yapa bilməsi mümkün deyildir. Beləliklə də o, səmimi olaraq özünün bacarıqsızlığından yola çıxıb „demək ki hər kəs gəncliyini boş verir“ kimi, zəka və analiz qabiliyyətinin yetərsiz olmasının gətirdiyi bir varsayıma qapıla bilər.
Halbuki çox açıq-aydın bir həqiqətdir ki insanın, gəncliyini dolu keçirməsi üçün sadəcə zəki və məsuliyyətli olması yetərlidir. Əgər bunlardan biri yoxdursa zatən gənclik, dəyərli keçə bilməz. Necə ki bütün zəki və məsuliyyətli insanlar, gəncliklərini dəyərli keçirmişlər.
Ya da elə üçüncü misalı götürək; „filankəslə mən çox çörək kəsmişəm ona görə də onu yaxşı tanıyıram“ kimi bir baxış acısı da, „təcrübəxorluq“dan başqa bir şey deyil; çünki əvvəla bir insanla “çox çörək kəsmək” ya da çox ünsiyyətdə olmaq, hələ onu tanımaq anlamına gəlmir. Bir kərə ağıl və məntiq (analiz qabiliyyəti) əgər zəifdirsə; əldəki təcrübə nə qədər çox olsa da, ondan nəticə çıxarmaq, yenə də çətin məsələdir. Digər tərəfdən də bir kəsi tanımaq üçün mütləq də onunla yaxından ünsiyyətdə olmaq və təcrübə gərəkmir; məsələn bu insan əgər indiyəqədər filan əməllərin sahibi olubsa və bunu biz biliriksə o halda onun bu vaxta qədərki əməllərindən yola çıxaraq, onunla heç ünsiyyətdə olmadan da, sırf ağıl və analiz ilə, onun necə birisi olduğunu asanlıqla bilə bilərik. Hətta ağıldan başqa bir yol da var; istər inanaq istər inanmayaq, metafizik (sezgisəl) metod da var; bir insanın sifət ifadəsi, onun bütün mahiyyətini və xarakterini özündə əks etdirir (məsələn cinayətkarların, bir qayda olaraq neqativ və mənfi yüklü sifət ifadəsinə sahib olması, bir təsadüf deyildir). Beləliklə insanların neçə faizinin bu qabiliyyətə sahib olub-olmamasından asılı olmayaraq, insanı tanımaq üçün belə bir 3-cü metodun olması da bir reallıqdır.
Yəni insanı tanımaq üçün ya da bir olayı çözmək üçün, bəzi halllarda təcrübədən daha asan və daha praktik olan, daha 2 yol da var(ağıl və bəsirət).
Di gəl ki əxlaqı zəif olan birisi, hətta zəki olsa belə, düşünməyə də tənbəlliyi olan birisidir və ən saçma şeylərə də bəzən inana bilir. Odur ki indiki halda o, ağlına əziyyət verməyərək, və (şüuraltında həsəd hissinin də təsiri ilə) başqalarının da „ağlının işləməsini istəməyərək“, bir insanı tanımaq üçün mütləq onunla yaxından ünsiyyətdə olmaq gərəkdiyinə özünü qapdırmış ola bilər.
Eyni zamanda bu yanılqı həm də əqli zəiflikdən də qaynaqlana bilər; zəkası zəif olan birisi üçün zatən ağıl qüvvəsi işləmədiyi üçün, o, özündə olmayan bir qüvvənin potensialı barədə də təsəvvür sahibi ola bilməz və beləliklə də onun üçün həyatda yeganə prinsip, zatən yalnız „başın daşdan-daşa dəyə-dəyə öyrənilməsi“ (təcrübə) ola bilər.
Bir sözlə, insanların və özəlliklə bizim toplumun, çıxarsama və analizə qapalı olmasının və „təcrübəxorluğ“unun səbəbi, elə ağılsızlıqdan başqa bir şey deyildir (əxlaqi və əqli ağılsızlıq).
Bir kərə bu, aydındır ki təcrübə, ağıldan daha önəmli ola bilməz; əgər kiminçünsə önəmlidirsə demək ki o, ağılsız olduğu üçün, özündə olmayan şeyin təsirini də hiss edə bilmir...
Yunis Dürüst
Baxmayaraq ki, Dekartın, əxlaqlı olub-olmamasını təyin edə biləcək 1-dən artıq yöntəm söz konusudur, lakin bunlardan biri olan; sifət ifadəsinə əsasən təyin etmə metodu; zamanın elmi və texniki imkanlarına paralel olaraq aydın formada bir fotosunun və əksinin olmaması faktoru səbəbindən, effektivliyini xeyli dərəcədə itirir. Düzdür, sözügedən şəxsin, nəticədə rəsminin çəkilmiş olması və özəlliklə bunun, bir neçə dəfə edilmiş olması, özlüyündə onun sifət ifadəsinin əsas cizgilərinin ortaq keyfiyyətlərinin xeyli dərəcədə aydınlaşması imkanını versə də; nəhayətdə, mövzu bəhsi olan şəxsin özünün razılığı ilə bu şəklin çəkilmiş olması, və dolayısıyla da rəsminin, daha «nur»lu və daha yaraşıqlı olması üçün hətta gerçəkliyi əks elətdirmə faktorunun gözardı edilmə ehtimalının, heç də zəif olmaması amili söz konusudur.
Lakin bundan daha effektiv metod varkən bu metoda(qeyri-müəyyən və abstrakt rəsmə) zatən həyati bir ehtiyac qalmır.
O daha effektiv metod da bundan ibarətdir: Düzdür, bir insanın, ən üst səviyyədə dərrakəli olması; əxlaq amili olmadan belə, onun böyük və dərin həqiqətlərə ulaşmasını və sezgisəl(bəsirəti) potensialının yüksək olmasını prinsipcə bəzən təmin edə bilir; hansısa zəki bir insanın özəl yetənəkləri, eynilə müsbət istiqamətdə olduğu kimi, mənfi anlamda da onun daha, və çox böyük işlər yapa bilməsi deməkdir; bu durumda isə, mənfiliyin təmsiliçisi olan qüvvənin(və ya qüvvələrin) belə bir kəsi, xüsusi olaraq təlimləndirməsi və onun potensialını doldurması mümkündür; beləliklə də mənfiliyin təmsilçisi olan qüvvə, eynilə özünün sahib olduğu böyük agahlıq və bilmə imkanını, çox böyük mənfiliklərə sərf etdiyi kimi, insan cinsindən də belələrini özəl olaraq yetişdirməsi mümkündür; dolayısıyla da Dekart dühasının, agahlıqda və sezgidə bu qədər irəli getməsi, əslində bəsirət amili olmadan(əxlaqlı olmadan) da mümkündür. Elə isə belə olduğunu varsaysaq; yetərincə uzun müddət yaşamış olan və həyatda, kifayət qədər iradəsini və anlayışını sərgiləyə bilmə imkanı əldə etmiş sözügedən şəxsin, bu təyinata uyması və mütləq ki bəlirgin və ciddi mənfiliklərə yol vermiş olması və bu mənfiliklərin miqyasının da ən üst sərhəddə olması gərəkir; beləliklə də bu neqativliklərin, mütləq ki hər kəs tərəfindən bilinməsi ya da üstünün örtüləməyəcəyi bir həddə olması lazımdır; reallıq isə bunu göstərmir; onun, bəlirgin bir mənfi cəhətinin, ən azından bilinməmiş olması və onun adıyla yanaşı çəkilməmiş olması amili, təkbaşına onun əxlaqlı bir insan olduğunu göstərən veridir; çünki belə bir insan,«ortada» olamaz; bu qədər agahlıq şəraitində o, mənfi istiqamətdə əgər açıq bir fəaliyyət ortaya qoymayıbsa demək ki tam əksi bir istiqamətdə fəaliyyət ortaya qoyubdur.
Elə isə biz Dekartın əxlaqlı bir insan olması sonucuna vara bilərik.
P.S. Burdan, onun tutaq ki peyğəmbər səviyyəsində bir mərtəbədə olması gərəkdiyi sonucu çıxmır.
Yunis Dürüst
İnsanın sifətində və üz ifadəsində baxmayaraq ki, hər bir xüsusiyyət və detal ifadə olunur amma ümumilikdə götürəndə simada, 2 təməl və müstəqil xətt görünür: zəka və əxlaq. Onların iki ayrı xətt kimi görünməsi; zəka və əxlaqın, -bir-biri ilə nə qədər sıx bağlı amillər olsalar belə, -bir-birindən ayrı olmasının sonucudur.
Və insanın bütün şəxsiyyətini, təbiətini, potensialını təyin edən məhz bu 2 parametrdir. Bir insanın təbiəti və potensialı zəifdirsə, bu, mütləq ki əxlaq və ya zəkanın ikisindən biri və ya hər ikisinin zəif olmasından qaynaqlanır.
Və insanda hakim olan 2 təməl varoluşsal dilemma, içgüdü var; haqlılıq və güclülük. Başqa sözlə desək; ya haqlını güclü hesab etmək ya da güclünü haqlı hesab etmək. İnsanın bütün mahiyyətini, düşüncəsini, qərarlarını, davranışlarını məhz bu dilemmadan hansı birininin üstünlük təşkil etməsi təyin edir. İnsan, hər an və hər məqamda, bir şeyi; ya güclü və haqlı hesab edir, ya da gücsüz və haqsız hesab edir. Məsələn bir qərar verirsə həmin qərarı verməsinə səbəb, o qərarı, düzgün(haqlı) hesab etməsi olduğu qədər, həm də «güclü» hesab etməsidir.
Bir insan, əgər həm zəkalı həm də əxlaqlıdırsa(yəni tam və yetkindirsə) onun təbiətindəki basqın və üstün olan təmayül, mütləq ki məhz «haqlının güclü olması» şəklindədir. Yox, əgər bir insanda əxlaq və ya zəka zəifliyi varsa; onun üçün basqın olan meyil, məhz «güclünü haqlı hesab etmək» şəklində olacaqdır.
Məsələn deyək ki, küçədə bir nəfər qoluzorlu, məzlum bir insanı döyürsə; zəkalı və əxlaqlı insanlar, bu hadisədə mütləq ki, məhz məzlumu, haqlı (və güclü) hesab etməyə meyillidirlər(hansı ki, olması gərəkəndir). Lakin zəkası və ya əxlaqı zəif olan insanlar üçün isə bu keçərli deyil; onlar, bu olayda, daha çox məhz döyəni, qoluzorlunu, güclü (və haqlı) hesab etməyə meyillidir ya da ən azından döyüləni, məzlumu, açıq və bariz şəkildə haqlı (və güclü) hesab etmirlər(Məsələn bizim cəmiyyətdə yayğın olan «günah, həmişə döyüləndə(öləndə) olur» qavrayışı, məhz cəmiyyətimizin ümumi təbiətinin(əxlaq və zəkasının) zəif olmasından qaynaqlanır).
Lakin zəkası zəif olan bir insanın, məzlumu haqlı hesab etməməsi (ya da yetərincə hesab etməməsi) nə qədər təbii bir durumdursa, zəkası güclü olan bir insan üçün bu, qeyri-təbiidir və eyb anlamına gəlir. Başqa sözlə desək, zəkası zəif olan bir insana, Allah, zatən haqlını güclü hesab etmək dürtüsü verməyib ya da yetərincə verməyib (odur ki buna görə o qədər də məsuliyyət daşımır) lakin zəkalı bir insan üçün isə məzlumu haqlı hesab etməmək, başqa cür desək, daha çox məhz zalımı haqlı hesab etmək, kəsinliklə eybdir və bu, biləvasitə onun əxlaqsız olması səbəbindən baş verir.
Bir örnəklə, fikrimizi aydınlaşdıraq.
Məsələn bütün dünya nəzdində geniş tanınmışlığı olan və milyonlarla insanın bildiyi A.Hitler və ona olan münasibət, çox çarpıcı bir örnəkdir.
Bütün dünyada milyonlarla adam(o cümlədən də bizim cəmiyyətin mühüm bir qismi), Hitleri tanıyır və onun, milyonlarla insanın ölməsinə, şikəst olmasına səbəb olan, bəşəriyyətin qatili bir kəs olduğunu bilir. Lakin buna baxmayaraq onu tanıyanların çox önəmli bir qismi, onu, mənfi deyil də daha çox məhz müsbət (güclü və dolayısıyla haqlı) birisi olaraq qavrayır.
Yəni bir tərəfdən onun zalım və neqativ birisi olduğunu bilirlər lakin digər tərəfdən də onu pozitiv olaraq qəbul edirlər. Bu, təzad və ziddiyət, məhz fitri-ruhi və təbiət zəifliyindən yəni əxlaq və ya zəka zəifliyindən qaynaqlanır.
Hitleri müsbət (güclü) hesab edən zəkasız insanların onu müsbət hesab etməsi, hələ əxlaq zəifliyi anlamına gəlmir, çünki zatən zəkasız insanı, Allah belə yaradıb; haqsızı zəif hesab etməyə, fitrətən tam meyilli deyil.
Lakin Hitleri müsbət hesab edən zəkalı insanlar üçün bu, birbaşa eybdir və bu, biləvasitə əxlaq zəifliyindən qaynaqlanır.
Belə bir nəticəyə gəlmək olar: ortalama olaraq bir insan, Hitleri müsbət hesab edirsə, bunun səbəbi, ya zəka ya da əxlaq(ya da həm zəka həm də əxlaq) zəifliyidir. Əgər Hitleri müsbət hesab edən, zəkalı birisidirsə; demək ki onun əxlaqsız olma ehtimalı yüksəkdir. Yox əgər bu, əxlaqlı birisidirsə; o zaman onun zəkasız olma ehtimalı yüksəkdir.
Bir sözlə, insanı idarə və təyin edən təməl 2 özəllik, məhz əxlaq və zəkadır. Və insanın varoluşsal balansını-«haqlı və güclü dilemması»nı və bütün həyatını, yaşamını, düşüncə və davranışlarını bəlirləyən də məhz onun əxlaq və zəka durumudur.
Qeyd 1. Zəka; bir çoxlarının düşündüyünün əksinə savad, bilik demək deyil; bilikdən istifadə etməkdir. Savadsız bir insanın da zəki olması mümkündür. Zəka, qismən doğuşdan gələn, qismən də sonradan qazanılan bir bacarıqdır.
Qeyd 2. Əxlaq; bir insanın zəka potensialının ona imkan tanıdığı ölçüdə; anladığı həqiqətlərə və faktlara nə qədər əməl etməsidir. Daha zəki olan insanlar, daha çox şey anlaya bildikləri üçün təbii olaraq, cavabdeh olduqları əməl və sorumluluq dairəsi də daha genişdir. Zəkadan fərqli olaraq əxlaq, tam olaraq insan öz iradəsindən asılıdır.
Bu yazımla dövrümüzdə baş alıb gedən əxlaqi degenerasiya, onun səbəbləri və bu bəladan xilas olmaq üçün düşündüyüm subyektiv çıxış yollarını sizlərə təqdim etmək istəyirəm.
Son dövrlər əxlaqi degenerasiya ən yüksək həddə çatıb. Səbəb nədir? İnsanların özlərini tam müstəqil və məsuliyyətsiz hesab etmələri… Artıq iş o yerə gəlib çatmışdır ki, insanlar əxlaqsızlığı müasirlik, müstəqillik kimi qələmə verirlər. Bir neçə on il bundan əvvəl insanların ağızlarına belə almağa çəkindikləri şeylər təəssüflər olsun ki, artıq normal qəbul edilir. Edilən əxlaqsızlıqlar cəmiyyətin hər təbəqəsinə, xüsusilə də saf gənclərə müasirlik və mədəniyyət kimi təlqin olunur. Kişilərin özlərini qadın kimi aparmaları, qadın üslubu ilə geyinmələri və qadın kimi danışmaları bu təlqinin nəticəsidir. Ya da evlilikdən kənar qeyri-qanuni münasibət, narkotik maddə istifadə etmək məşhurlar tərəfindən “dəbə” mindirilmişdir. Savadsız insanlar da bu şəxsləri özlərinə örnək götürüb onların danışıq və geyim tərzindən tutmuş həyat fəlsəfələrinə qədər hər şeylərini təqlid edirlər. Cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq örnəklərini daha ətraflı şəkildə təhlil edərək onların səbəblərini və hansı üsullarla qarşısının alınacağını təqdim etmək istəyirəm.
Birinci bəla: Narkomaniya
Bugün narkobiznes virus kimi bütün dünyada sürətlə yayılır. Bəzi insanların və ya qrupların sırf pul qazanmaq istəyi insanları məhz narkomaniya bataqlığına sürükləyir. Lakin təkcə səbəbkarları qınamaq doğru deyil. Çünki hər kəsə Allah istifadə etmək üçün ağıl və şüur vermişdir. Bir insan narkotik maddənin zərərlərini bilə-bilə qəbul edirsə deməli, bu onun iradəsizliyinin və şüursuzluğunun nəticəsidir. Hər kəs bilir ki, narkotik maddə insanın səhhətinə çox zərər vurur. Eynilə zəhər kimidir. Beyin və sinir sistemini sıradan çıxarır. Dəlilik, tez qocalma, şüur və hafizəni itirmə, yuxusuzluq və qarabasma narkotik istifadəçilərini rahat buraxmır. Narkotik maddə istifadə edən insanın sosial həyatı da məhv olur. İşləyib pul qazanması, ehtiyaclarını təmin etməsi get-gedə çətinləşir. Bir tərəfdən də, narkotik maddə almaq üçün pul tapmalıdır. Buna görə də narkomanların əksəriyyəti oğurluq, fırıldaqçılıq, cinayət törətməklə, qanuna zidd üsullarla pul tapmağa çalışırlar. Bugün narkobiznesi və istifadə şəklini aradan qaldırmaq üçün istifadə edilən üsullar heç də həll yolu gətirmir. Narkomanları məcburi xəstəxanalara yerləşdirirlər, müalicə etməyə çalışırlar. Yaxud da həbs edirlər. Bir müddət sonra şəxs xəstəxana və ya həbsdən çıxanda yenə köhnə vərdişinə “qaldığı yerdən” davam edir. Narkotik istifadəçisini düşdüyü bataqlıqdan xilas etməyin tək yolu ona iradə qazandırmaqdır. Bir insana sarsılmaz iradə verən şey səbir, təmkin və sevgi ilə ona verilən dəstəkdir.