Əzələ qıcolması

Orqanizmdə təxminən 640 əzələ var və onlar gün ərzində dəfələrlə yığılıb açılır. Əzələ qıcolması güclü ağrı ilə müşayiət olunan əzələ və ya əzələ qrupunun qeyri-iradi yığılmasıdır. Qıcolmalar, adətən, hərəkətinə iki oynağın cəlb olunduğu əzələlərdə baş verir. Problemə baldır və budun arxa, ön qrup, xüsusən də budun dördbaşlı əzələlərində daha çox rast gəlinir.

Həkim-endokrinoloq Gülay Məmmədova azərtac-a müsahibədə bu barədə deyib: “Əl və ayaq pəncəsi, qarın, döş qəfəsi əzələləri də qıcolmaya məruz qalır. Əzələlərdə qıcolmalar qaçış, tennis, üzgüçülük və ya digər fiziki məşqlər zamanı daha çox yaranır. Qıcolma kompüter arxasında oturanda, gəzinti zamanı və ya yuxulayanda da meydana çıxa bilər.
Davamı →