Əzələ qıcolması

Orqanizmdə təxminən 640 əzələ var və onlar gün ərzində dəfələrlə yığılıb açılır. Əzələ qıcolması güclü ağrı ilə müşayiət olunan əzələ və ya əzələ qrupunun qeyri-iradi yığılmasıdır. Qıcolmalar, adətən, hərəkətinə iki oynağın cəlb olunduğu əzələlərdə baş verir. Problemə baldır və budun arxa, ön qrup, xüsusən də budun dördbaşlı əzələlərində daha çox rast gəlinir.

Həkim-endokrinoloq Gülay Məmmədova azərtac-a müsahibədə bu barədə deyib: “Əl və ayaq pəncəsi, qarın, döş qəfəsi əzələləri də qıcolmaya məruz qalır. Əzələlərdə qıcolmalar qaçış, tennis, üzgüçülük və ya digər fiziki məşqlər zamanı daha çox yaranır. Qıcolma kompüter arxasında oturanda, gəzinti zamanı və ya yuxulayanda da meydana çıxa bilər.
Davamı →

Pəhriz saxlayarkən əzələlərin qoruması

Artıq çəkidən azad olmaq üçün pəhriz saxladıqda əzələləri qorumaq üçün ilk növbədə lazımi prosedurları gözləməklə yağlarınızın hansı miqdarda olmasından əmin olmaq lazımdır. Ona görə də çəki verməyə çalışarkən əzələlərinizin deyil, yağlarınızın yox olduğundan əmin olun. Pəhriz edərkən əzələləri qorumağın yollarından biri də bu hesab olunur. Həmçinin zülaldan imtina etməyin düzgün olmadığı bildirilir.

Nə qədər sağlam zülal qəbul etsəniz, o qədər sağlam əzələlərə sahib olarsınız. Bununla da keyfiyyətli şəkildə çəki itirərsiniz.

İstək əsnasında gün ərzində qida rasionunda 1 pay ət yeməklərinin qəbulu da istisisna olunmur. Bitki mənşəli zülallara da laqeyd yanaşmayın. Pəhrizinizdə quru paxla, noxud və mərcimək kimi bitki mənşəli zülallara həftə ərzində 2-3 dəfə yer vermək məsləhətdir.

Tam buğdadan, tam taxıllı və ya çovdar növündən hazırlanan çörəkdən də istək əsasında istifadə edə bilərsiniz.

Çox aşağı enerjili (kalorili) pəhrizlər etməyin.


Ardı →