Say (числительное)

Rus dilindəki müstəqil nitq hissələrindən biri də saydır.
Saylarda (имя числительное) çoxlu «qohum» sözlər vardır. Məsələn, один (един) miqdar sayından müxtəlif nitq hissələrinə aid olan 30-a qədər söz yaranmışdır: isimlər (одиночка, одиночество, единство, объединение və s), sifətlər (одинаковый, одинарный, одиночный, единичный, единственный və s), fellər (соединять, объединять, воссоединять və s), zərflər (одинажды, воедино) və hətta bağlayıcılardan da bəziləri (однако) dediklərimizə misal ola bilər.

Полтора
(bir yarım) sayı qədim пол втора, yəni birincidən sonra ikincinin yarısı mənasını verir. Полтора sayı hallara görə dəyişərkən a sonluğu ilə qurtarır.
Ardı →