Birinci ayda körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur.

Yeni doğulmuş körpələrin özəllikləri:
— Yeni doğulmuş körpənin çəkisi ümumilikdə 2,5 – 4,5 kq arasında dəyişir. Aylıq minimum 500-600 qr kilo almaları normaldır.

— 1 aylıq körpələr gündə orta hesabla 16-19 saat arası yatarlar ancaq oyaq qaldıqları müddət zamanla artar.

— Əgər hər hansı bir problem yoxsa uşağınızı ilk ay mütləq ana südü ilə bəsləməlisiniz. Hər ananın südü öz körpə üçün əvəzsiz olaraq formula edilmişdir. Bu üzdən hər körpə ilk 6 aylıq dövrdə ana südü bütün qidalanma ehtiyacını ödəyir.
Davamı →

Bir aylıq körpə

Qucağa almaqmı almamaqmı?
Adətən analara uşağı qucağa almamasını, əks halda qucağa öyrəşəcəyini deyirlər. Amma yenidoğulmuş uşağın rahatlığı onu tərbiyə etməkdən daha önəmlidir. Körpəyə sevginizi göstərin ki xoşbəxt böyüyə bilsin. Onu qucağınıza aldıqda sizin iyinizi, səsinizi tanıdığı üçün ağlamasını dayandırıb sakitləşəcəkdir. Üstəlik bunun müvəqqəti olduğunu unutmayın, bir müddət sonra sizdən uzaqlaşacaq, böyüdüyü zaman qucaq istəyi olmayacaq. Körpəliyinin dadını çıxarın…

1 aylıq körpənin refleksləri
Yenidoğulmuşların doğuşdan sahib olduqları bir sıra refleksləri vardır. Məsələn əmmə, axtarma refleksi- yanağına və ya dodağının kənarına əlinizi və ya əmziyi toxundurduqda başını və ağzını həmin tərəfə çevirir. Və ya addımlama refleksi və ya el arasında buna dirəşmə də deyirlər – uşağın qoltuqaltından tutub havaya qaldırdıqda yeriyirmiş kimi edəcəkdir, sərt müstəviyə qoyduqda isə ayaqlarını yerə dirəyir.
Davamı →