Əmir Kusturitsa - “Durnalar uçur” ən yaxşı 3D filmi kimi

  • Kino
Zaman və məkan
Rejissorluqda ilk təəssürat zaman və məkanla bağlıdır. Məkan qəhrəmanın şüurunu müəyyənləşdirir. Təəssüflər olsun ki, bu gün çoxları buna əhəmiyyət vermir. Əgər dahiləri – Pudovkin, Dovjenko, Koppala və ya Çaplini – xatırlasaq, onların məkana necə yanaşdıqlarını anlayarıq. Məsələn, Dovjenkoda bu məsələ insanla təbiət arasındakı dialoqla birbaşa əlaqəlidir. Səssiz kino olmasına baxmayaraq, ölüm ayağındakı qoca ilə yaşamalı olan uşaq arasındakı münasibətlər təbiət prizmasından göstərilib. Təbiət hərfi mənada kadrlarda iştirak etməsə də, onu insanla zaman arasındakı təbiilikdə hiss etmək olur. Tutalım, toy mərasimi – bu hadisədir, amma həm də hadisənin inkişafına çalışan ayindir.

Film strukturunun kino dilindən asılı olduğunu anlamaq vacibdir. Əhvalat onun sayəsində ya nizamlı, ya da kaleydoskopik şəkildə düzülür. Xatırlayıram ki, mən öz dilimi ilk filmimin çəkilişi vaxtı tapdım. Hadisə uzun dəhlizi olan nişan mərasimi zalında cərəyan edirdi. Ora aktyor olaraq oğlan uşağı yerləşdirib, onun ardınca da kameranı divar boyu qaçırtdım ki, kadr havasını dəyişsin. Bir müddət keçəndən sonra anladım ki, lazımlı effekti almaq üçün gərək bucağı dəyişəsən. “Durnalar uçur” filmini xatırlayırsınızmı?
Davamı →

3D filmlərinə baxmaq ziyanlıdır

Kino tamaşaçılarının bir hissəsi artıq çoxdan dəbə minmiş "üçölçülü" təsvirli filmlərə baxa bilmir, çünki belə filmlərə baxdıqdan sonra vəziyyətləri pisləşir, onlarda ürəkbulanma, başgicəllənmə, başağrısı əlamətləri müşahidə olunur. Bu isə lokomosiya xəstəliyinin (orqanizmin bir yerdən digərinə hərəkəti) klassik əlamətləridir. Məsələ bundadır ki, ekranda yaradılan üçölçülü məkan illüziyası beyinin və görmə orqanlarının fəaliyyətinə pis təsir göstərir.
Los-Ancelesdəki Cənubi Kaliforniya Universitetinin oftalmoloqu, professor Ceyms Saltsın sözlərinə görə, sağ və sol gözlər arasındakı əlaqənin zəifliyi səbəbindən insanların bəziləri üçölçülü təsvirləri qavraya bilmir. Belə filmləri layiqincə qiymətləndirmək üçün gözlər arasındakı əlaqə ideal, hər iki gözdəki təsvir eyni dərəcədə əla olmalıdır. Təsviri bütün istiqamətlərdə yaxşı izləmək yalnız bu halda mümkündür. Gözlərin filmə əlaqəli baxması üçün beyin əlavə impulslar göndərir. Film uzun çəkdikdə beyin və gözlər yorulur. Odur ki, üç saat davam edən seans zamanı tamaşaçıların nasazlıq hiss etmələrində təəccüblü heç nə yoxdur.
Davamı →