Uşaqlar ilk 5 aylarında ana dilini həmişəlik yadda saxlayırlar

Cənubi Koreya universitetinin mütəxəssisləri tərəfindən aparılan tədqiqata görə, hətta insan uşaq yaşalrından başqa bir ölkəyə köçsə və dilini unutsa belə o, ana dilinin dərinliklərini gizlincə qoruyub saxlayır.
Tədqiqatda Cənubi Koreyadan övladlığa götürülmüş amma hollandca danışan böyük insanlar iştirak edib. Onlar koreya dilini bilməsələr belə, bu dildəki sözləri tələffüz etmək bacarığını qoruyub saxlayıbar.
Burdan yola çıxan alimlər bu qənaətə gəliblər ki, valideynlər uşaqlarıyla doğulan gündən danışmağa başlamalıdırlar.
Davamı →

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. Bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur, lakin onlar ətrafında baş verən hadisələrə “daha parlaq” və daha güclü reaksiya verir və xarakter xüsusiyyətləri göstərirlər.

5 aylıq uşağın özəllikləri:
— 5 aylıq uşaq, boyda orta hesabla 2- 3 sm, çəkidə isə 500-1000 qr-a kimi artırır. Bəzən bu aydan körpə yeni yemlərə başlayır və mədə-bağırsaq traktının işi yenidən qurulur, iştaha dəyişir. Bunun nəticəsində çəki yığımı fərqli ola bilər.

— Bu ayda uşağın baş dövrü 42,5 – 43,5 sm, döş qəfəsi isə 43,5 – 45 sm təşkil edir.

— Əgər hər hansı bir problem yoxsa, körpənizi ana südü ilə bəsləməyi davam edin.
Davamı →