Əla komanda yaratmağın 5 qızıl qaydası

Biznes və ya idman dünyasında olmasından asılı olmayaraq,ümumi məqsədlərə istiqamətlənmiş və birlikdə effektiv şəkildə işləməyi bacaran böyük komandaya malik olmaq çox əhəmiyyətlidir.

Komanda yaratmaq vaxt tələb edir.Biznesiniz üçün uğurlu komanda yaratmaq istəyirsinizsə, aşağıdakı 5 qızıl qayda sizə kömək ola bilər.

1. Aydın gözləntilər : Əmin olun ki, gözləntilərinizi aydın ifadə etməyi bacarmısınız və hər kəs öz rolunu, komandanın ümumi məqsədlərini başa düşüb.Komanda öz işini sizin şəxsi biznesinizin məqsəd, dəyər və baxışlarına  necə uyğunlaşdırmalı olduğunu anlayıb mı?

2. Rollar və öhdəliklər : Biznesdə sizin rolunuzun nə olduğu barədə şəffaf olun.Əgər biznesinizin müvəffəqiyyət qazanması üçün vacib olan müəyyən məsələlərə dair bacarığınız  yoxdursa, onda onları daha tez və effektiv həyata keçirmək üçün bu işi bilən və təcrübəsi olan insanlara tapşırın.Bu sizə daha çox vaxt qazandıracaq, biznesdə gəlirinizi artıracaq və həmçinin məqsədlərinizə daha tez çatmağa kömək olacaq.


Ardı →