Viktor Hüqonun 50 illik sevgisi

Viktor Hüqo həyatı boyu sevgililərini əlcək kimi dəyişirdi. Yalnız bircə qadını-Culyetta Drueni həqiqi qadını adlandırdı.

Düzdür, o Hüqonun qanuni həyat yoldaşı ola bilmədi, yazıçı artıq evli idi və boşanmaq istəmirdi. 50 il müddətində Drue Hüqonun kölgəsində qaldı-onunla yatağını bölüşdü və saysız sevgi macəralarını müşahidə elədi.

 Onların tanışlıqları ərəfəsində 31 yaşlı Viktor Hüqo artıq bir çox uğurlara imza atmışdı. Əsilzadə ailədən çıxmış yazıçı özünün ən məşhur əsəri “Paris Notrdam Kilsəsi”ni çap etmişdi, xalqın sevgisini qazanmışdı, ailəli idi və beş övlad atası idi. Culyetta Druenin həyatı isə bu qədər uğurlu alınmamışdı. İki yaşında hər iki valideynini itirmiş, 19 yaşında məşhur heykəltəraş Jan Jak Pradyenin sevgilisi olmuş (Pradye onu heykəllərində təsvir etmişdi) və ondan hamilə qalmışdı. 26 yaşında isə sadə xalq içindən çıxmış bu qadın məşhur kurtizankaya çevrilmişdi.

Yoldaşı ilə əlaqələri pozan Culyetta özünü və yeni doğulmuş qızını dolandırmaq məcburiyyətində idi. Qadın teatra işə düzəlir. Tamaşaçılar isə istedaddan çox gənc aktrisanın gözəlliyinə fikir verirdilər, məvacibi olduqca az idi. Onun varlı pərəstişkarları peyda olmuşdu. Onlar aktrisaya bahalı hədiyyələr bağışlayır, maddi yardım göstərirdilər. Yüksək cəmiyyətə düşməyi bacaran Culyetta onun bütün üstünlüklərindən yararlanırdı: yüksək cəmiyyətin ziyafətlərində iştirak edir, ləl-cəvahirat taxır, bahalı paltarlar alırdı. Hüqo ilə tanışlıqdan sonra gənc qadının həyatı tamamilə dəyişdi.
Ardı →