8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir.

8 aylıq körpənin xüsusiyyətlərini və bacarıqları:
— 8 aylıq körpənin təxmini çəkisi 8,7 – 9,5 kq, boyu 70-71.2 sm olmalıdır.

— Artıq çoxlu sayda müxtəlif əşyaları müəyyən edir. Ətrafdakı hər şeylə maraqlanır. Özüdə qarşısına düşən hər şeyin dərhal dadına baxmağa çalışır.

— Diqqəti hələ dağınıqdır, o tez-tez məşquliyyətindən yayına bilər. Amma, bu mərhələdə, o, yarımçıq qalan işinə qayıtmağı, öyrənməyə başlayır.
Davamı →