Aşk | Elif Şafak

Elif Şafak - AşkHəyatlarımızın durğun gölünü dalğalandıran daş kimi, üzləşmək məcburiyyətində olduğumuz çətinliklər, ağrılar… və məhəbbət uğruna keçməli olduğumuz çətin yollar, qurban verdiklərimiz…
“Aşk”- kitab içində kitab, həyatın mənası  axtarışında  bir eşq macərası…
“Aşk “ Elif Şafakdan  axtarışa,  gerçəyə və kəşf etməyə dair bir roman .

Haqqında çox danışılan, çox böyük marağa səbəb olan roman — “Aşk”.
Əsərin müəllifi, əsərləri 30-dan çox dilə tərcümə olunan türk yazar Elif Şafakdır. Roman 2009-cu ildə nəşr edilmiş və orijinal dili ingilis dilidir. Əsər türk ədəbiyyatı tarixində ən qısa zamanda ən çox satılan kitab olmuşdur.

 Bütün bu maraq, rekord satışlar əbəs deyil, təbii ki. Oxucuların ürəyindən xəbər verən roman bütün bu şöhrətə laiqdir. Nizami Gəncəvinin dediyi kimi: “Ürəkdən gələn söz, ürəklərə yol tapar.” Elif Şafak da bu romanda “Aşk”ı  ürəyindən necə gəlibsə, elə də ifadə edib. Kitabı oxuyanlar bunu çox yaxşı hiss edib yəqin ki. Öz adıma deyim ki, roman  məndə belə təəssürat yaratdı.

Elif Şafak özü roman haqda bunları deyir:  “...Bu romanda oxucuya öz ürəyimi açdım. Təsəvvüf mənim sirrimdir, o sirri oxucuya aşkar etdim. Bu kitabı Şəms Təbrizi və Mövlanə Rumi haqqında bir kitab yazmaq arzusuyla qələmə almadım. Bu kitabda mən eşqi anlatmaq istədim. Əsas məqsədim bu idi. Həm dünyəvi, həm də mənəvi ölçülərlə eşqdən yazdım.


Ardı →