ABŞ iqtisadiyyatı necə işləyir?

ABŞ iqtisadiyyatının əsas tərkib hissələri


Hər bir ölkə iqtisadiyyatının ən birinci tərkib hissəsi onun təbii ehtiyatlarıdır. Birləşmiş Ştatlar mineral resurslarla və əkinə yararlı münbit torpaqlarla zəngindir və ona mülayim iqlim şəraiti bəxş edilmişdir. O, həmçinin Atlantik və Sakit okean suları, eləcə də Meksika körfəzi ilə əhatə olunmuşdur. Burada kontinenti kəsib keçən çaylar axır və Böyük göllər — Kanada ilə ABŞ sərhədi boyu yerləşən beş böyük göl əlavə naviqasiya imkanları yaradır. Bu geniş su yolları uzun illər ölkə iqtisadiyyatının yüksəlişinin formalaşmasına və ABŞ-ın əlli müstəqil ştatının vahid iqtisadi məkan daxilində birləşməsinə böyük yardım göstərmişdir.


Ardı →

2.1.ABŞ iqtisadiyyatının müasir vəziyyəti

ABŞ dünya iqtisadiyyatının sözsüz lideri olub, isteh­salda və iqtisadi inkişafda bütün ölkələri üstələyir. ABŞ sənaye mal və xidmətlərinin dünyada ən iri isteh­sal­çı­sıdır. Dünyanın ümumi ÜDM-də ölkənin payı 25%, dün­ya ixracında 12,6%-dir. 1996-cı ildən 2000-ci ilə qədər dövlətin real ÜDM artımı digər inkişaf etmiş ölkələrlə mü­qa­yisədə daha yüksək idi. 2000-ci ildə o 5% təşkil et­mişdir (Kanadada 4,7%, Almaniyada 3,1, Böyük Brita­niyada 3%). Bu, 1984-cü ildən sonra ən yüksək göstərici idi. Iqtisadi artım templərinin yüksəlməsinə ev təsərrüfatı sektorunda istehlak tələbinin artımı (5,3%) və ümumi yatırımların əsas kapitalda artımı (10,2%) səbəb olmuş­­dur. Qeyd etmək lazımdır ki, 2001-ci ildə ÜDM –in ar­tım tempi dərhal ikinci rübdə 5,6%-dən üçüncü rübdə 2,7%-ə  düşmüş (gözləndiyindən də güclü şəkildə – 3,6%) və son altı ildə ən aşağı səviyyəyə enmişdir. Gözlənilən 5,1% əvəzinə 2001-ci ildə iqtisadi artım 3% olmuşdur. Real ÜDM-in 1996-cı ildən 2001-ci ilə qədərki artım dinamikası Amerika iqtisadiy­yatının dövriliyini və 2001-ci ilin enişini təsdiq edir. Artıq 2002 və 2003-ci illərdə artım 2,3%-ə qə­dər azalmışdır (cədvəl 2.1.).


Ardı →