Qərb planlı şəkildə tarixi yenidən yazır

Bir çox tədqiqatçılar ABŞ-da abidələrin sökülməsi epidemiyasını şərh edərkən, bunu tarixin kütləvi şəkildə yenidən yazılması adlandırırlar. Lakin biz hamımız başa düşürük ki, ötən dövrlərin bürünc şahidləri ilə ciddi mübarizə aparan fəallar heç nəyi yenidən yazmırlar. Sadəcə olaraq ona görə ki, onlar tarix haqqında olduqca kiçik təsəvvürə malikdirlər. Əks təqdirdə, San-Fransiskoda yazıçı Migel Servantesin abidəsinin təhqir edilməsini necə izah etmək olar?

Davamı →

Qərbi Avropa ölkələri və Amerika Birləşmiş Ştatları

Böyük Britaniya. Böyük Britaniya müharibədən qalib çıxsa da, ABŞ və SSRİ-dən geridə qalırdı. 1945-ci ilin iyulunda keçirilən parlament seçkilərində hakimiyyətə gələn leyborist Klement Ettli hökuməti milliləşdirmə siyasətinə başladı. Kömür, qaz, poladtökmə, elektrik enerjisi, kimya sənayesi sahələri, rabitə vasitələri, daxili nəqliyyat və banklar milliləşdirildi. Siyasi sahədə leyboristlər parlamentdə Lordlar palatasının hüquqlarını məhdudlaşdırmağa müvəffəq oldular.
Xarici siyasətdə ən mühüm məsələ imperiyanın qorunub saxlanması idi. Hökumət Hindistan, Seylon, Birma, Fələstin və İordaniyaya istiqlaliyyət verməyə məcbur oldu. Leyboristlərin keçirdiyi islahatlar lazımi nəticə vermədi. Vergilərin artması, kartoçka sisteminin saxlanması leyboristlərin nüfuzunu aşağı saldı.
1951-ci ilin parlament seçkilərində mühafizəkarlar qalib gəldilər. Uinston Çörçil yenidən baş nazir oldu. O, poladtökmə sənayesini və nəqliyyatı yenidən özəlləşdirərək keçmiş sahiblərinə qaytardı.

Davamı →

ABŞ tarixi. İkinci Dünya müharibəsindən sonra

İkinci Dünya müharibəsindən sonra Qərb dövlətləri arasında əsaslı yerdəyişmə baş verdi. Qaliblər sırasında müharibədən yalnız ABŞ iqtisadi və hərbi cəhətdən qüdrətli dövlət kimi çıxmışdı. ABŞ Qərb dünyasını sovet təcavüzündən müdafiə etməyi özünün başlıca missiyası elan etdi və tezliklə lider oldu.

1945-ci ilin aprelində F.Ruzveltin qəfil vəfatından sonra onu bu vəzifədə vitse-prezident Harri Trumen əvəz etdi. “Yeni xətt”i davam etdirən Harri Trumen Konqresə sonralar “Ədalətli xətt” adlandırılan geniş liberal islahatlar proqramını təklif etdi. Müharibədən sonra güclənmiş iri kapital dairələri isə iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi siyasətinə qarşı çıxaraq “prosperiti dövrü”nün qaydalarına qayıdılmasını tələb edirdilər.


Davamı →

ABŞ Birinci Dünya Müharibəsindən sonra

ABŞ-ın Birinci Dünya müharibəsində iştirakı ölkənin siyasi, iqtisadi, hərbi və maliyyə qüdrətinin artmasına səbəb olmuşdu. Ərazisində hərbi əməliyyatlar getmədiyindən ABŞ müharibədən gəlir əldə etmiş, milli sərvətini xeyli artırmışdı. Dünya qızıl ehtiyatının yarıdan çoxu da onun əlində cəmləşmişdi. Müharibədən sonra Avropa ölkələrinin çoxu ABŞ-dan maliyyə asılılığında idi.

Vudro Vilsonun xarici siyasətdə uğursuzluqları və ölkədə iqtisadi böhranın başlaması 1920-ci il prezident seçkilərində Demokratlar Partiyasının məğlubiyyətinə səbəb oldu. Respublikaçı Uorren Hardinq prezident seçildi. Onun qəfil vəfatı ilə əlaqədar bu vəzifəni icra edən vitse-prezident Kalvin Kulic növbəti prezident seçkilərində qalib gəldi. ABŞ iqtisadiyyatının sürətlə inkişaf etdiyi dövrdə Kulicin ölkəyə rəhbərlik etməsi onun nüfuzunu xeyli artırdı.


Davamı →

ABŞ ikinci dünya müharibəsindən sonrakı dövrdə

ABŞ ikinci dünya müharibəsindən hərbi, siyasi və iqtisadi cəhətdən ən güclü ölkə kimi çıxdı. 1945-ci ilin aprelin 12-də F.D.Ruzvelt vəfat etdikdən sonra ABŞ-da prezident vəzifəsini vitse-prezident Harri Trumen icra etməyə başladı. Trumen iqtisadi və sosial sahələrdə F.D.Ruzveltin “Yeni xətt” siyasətini davam etdirdi. 1944-1946-cı illərdə bir sıra qanunlar qəbul olundu. “Hüquqlar haqqında əsgər billi” qanununa əsasən ordu sıralarından tərxis edilənlərə təhsil və mənzil tikmək üçün kredit almağa, bizneslə məşğul olmağa imkan yaradan xeyli imtiyazlar verildi. Minimum əmək haqqının artırılması, sosial müdafiə sisteminin genişləndirilməsi və ucuz mənzillər tikilməsi proqramı qəbul edildi. ABŞ-da “firavanlıq dövləti” yarandı. Müharibədən sonra sosial və əmək münasibətləri də kəskinləşdi. Bu, öz təzahürünü 1947-ci ildə Konqresdə çoxluq təşkil edən respublikaçıların təkidi ilə qəbul olunmuş Taft-Xartli qanununda tapdı. Bu qanun həmkarlar ittifaqlarının fəaliyyətini və əmək münasibətlərini tənzimləyirdi. Müharibədən sonra ABŞ xarici siyasətdə “zor işlətmək”, “müharibə həddində müvazinət”, “total qarşıdurma” doktrinaları irəli sürdü. Trumen doktrinası və Marşall planı təklif olundu. Trumen doktrinası Yunanıstan və Türkiyədə sovet təsirinin güclənməsi əleyhinə çevrilmişdi. Marşall planı isə Avropadakı müttəfiqlərinə müharibə dövründə dağılmış iqtisadiyyatını bərpa etməsinə kömək üçün nəzərdə tutulmuşdu.


Ardı →

ABŞ XIX əsr - XX əsrin əvvəllərində

İstiqlaliyyət müharibəsi ABŞ-ın iqtisadi inkişafı üçün əlverişli şərait yaratmışdı. 1800-cü ildə prezident seçilmiş T.Ceffersonun hakimiyyəti dövründə dövlətçilik möhkəmləndirildi, seçki senci ləğv edildi, borclular və məhbuslar üçün daha hümanist qanunlar qəbul edildi. Qərbə doğru hərəkat genişləndirildi. Ingiltərənin Şimali Amerikadakı müstəmləkələrini geri qaytarmaq cəhdi 1812-ci ildə müharibəyə səbəb oldu. Ingiltərə məğlub oldu və 1814-cü ilin dekabrında Kent müqaviləsini imzaladı. Müqaviləyə görə İngiltərə ABŞ-a öz müstəmləkəsi kimi baxmaq iddiasından əl çəkdi. 1812-1814-cü illər müharibəsi ABŞ tarixində ikinci istiqlaliyyət müharibəsi adlanır. xıx əsrin əvvəllərində Avropada aparılan aramsız müharibələr ABŞ-a öz ərazisini genişləndirmək imkanı vermişdi. Luiziana, Florida, Texas və Şimali Kaliforniya torpaqlarının hesabına ABŞ-in ərazisi üç dəfədən çox artmışdı. Qərb torpaqlarının mənimsənilməsi ABŞ-da kapitalizmin inkişafı üçün geniş imkanlar açırdı. Iqtisadi inkişaf Şimal və Cənub ştatlarında fərqli yollarla gedirdi. Şimalda fermer təsərrüfatı üstünlük təşkil edirdi. Kənd təsərrüfatında kapitalizmin inkişafının fermer yolu ABŞ iqtisadiyyatının sürətlə inkişafına kömək edirdi. Plantatorlar qullara qarşı irqi ədavəti qızışdırırdılar. Irqçilik getdikcə daha dərin kök salırdı. 30-cu illərdə quldarlığa qarşı abolisionistlər hərəkatı geniş vüsət almışdı. Bu hərəkat iştirakçıları quldarlığa son qoyulmasını tələb edirdilər.


Ardı →

1775-1783-cü illər burjua inqilabı dövründə ABŞ

Böyük coğrafi kəşflərin ən mühüm nailiyyətlərindən biri də Amerika qitəsinin dünyaya açılmasıdır. Məkum olduğu kimi ispan səyyahı Xilkovun 1492-ci ildə Amerika qitəsinin kəşf etsə də buranın Hindistan hesab etmiş yeni qitə kəşf etdiyini bilməmişdir. Florensiyada dəniz səyyahı Ameriqo Vespuççi 1499-1504-cü illərdə Cənubi Amerikanı kəşf etmiş və buranı Yeni Dünya adlandırmışdır. Qitə 1507-ci ildən etibarən onun şərəfinə Amerika adlandırılmağa başlamışdı.
XVI əsrdən etibarən İspaniya, Fransa, İngiltərə və Niderland dövlətləri tərəfindən Şimali Amerikanın məskunlaşmasına, burada kolonoyalar yaradılmasına başlandı.
Şimali Amerikada ilk daimi ingilis yaşayış məskəni 1607-ci ildə Ceyms çayı sahillərində meydana gəlmiş gələcək Virginiya ştatı idi. 1620-cı ildə Kod burnunda “May çiçəyi” adlı ingilis gəmisi Ingiltərədən qalmış puritanların ilk qrupunu sahilə çıxardı. Puritanlar Yeni Plimut məskəninin əsasını qoydular.


Ardı →

Amerika hökümətinin demokratik seçki sənədləri

Amerika hökümətinin tanınmış tarixi şəxsiyyətlərindən olan Con Adams 1776-cı ildə yazırdı: «İllik seçkilər qurtardıqdan sonra əsarət başlayır». Burada bir həqiqət vardır. Amerikanın hökümət quruluşunun ayrı-ayrı sahələri, cəmiyyət-hökümət sistemi və onların qanuna söykənən qarşılıqlı münasibətləri belə bir fikir söyləməyə əsas yaratmışdır.
Demokratik proses Amerika hökümətinin, onun cəmiyyətinin gündəlik «hava-su» mənbəidir. Amerika özünüidarə sistemi bir sıra əsas prinsiplər üzərində qurulmuşdur. Bunların bəziləri dövlətin üzvi xüsusiyyətlərindən, bəziləri isə Konstitusiyada ifadə olunmuş əsas tezislərin praktik nəticəsi olaraq meydana gəlmişdir.
Davamı →

ABŞ-da Qanunvericilik hakimiyyəti

ABŞ Konstitusiyasının Birinci Maddəsi federal dövlətin bütün qanunvericilik səlahiyyətlərini iki palataya — Senata və Nümayəndələr Palatasına bölünmüş Konqresə həvalə etmişdir. Bu iki palatanın daha kiçiyi olan Senat Konstitusiyada göstərildiyi kimi, hər ştatdan seçilmiş iki üzvdən ibarətdir.
Nüməyəndələr Palatası üzvlüyü əhalinin sayına və onun tutumuna əsaslanır, ona görə də Konstitusiyada bu barədə xüsusi qeyd edilməmişdir. ABŞ Konstitusiyasının qəbulundan yüz il keçdikdən sonra belə, senatorlar xalqın müstəqim səsi ilə seçilmirdi, hökumət qanunvericiliyi tərəfindən seçilirdi. Senatorlara onların ştatlarının doğma təmsilçiləri kimi baxılırdı.
Davamı →

ABŞ hökumətinin əsəs sənədləri tarixindən

Konstitusiya və ya təməl sənəd. Birləşmiş Ştatların Konstitusiyası Amerika hökumətinin ali qanunudur. Mövcudluğu (200 il) ərzində bu sənəd Amerika hökumət idarələrinin təkamülünə yol açmış, siyasi sabitliyin, fərdi azadlığın iqtisadi yüksəlişin və ictimai tərrəqinin təminatçısı olmuşdur. Bu Konstitusiya dünyanın ən qədim yazılı konstitusiyası olub, çox sadə və aydınlıqlıdır. Başlanğıcda Atlantik okeanın sahili boyu 13 çox müxtəlif müstəmləkələrin 4 milyonluq əhalisini idarə etmək üçün təməl kimi yaradılmış bu Konstitusiyanın əsas müddəaları o dərəcədə təkmildir ki, ancaq 26 düzəlişlə o, bu gün Atlantik okeanından Sakit okeana qədər uzanan bir-birindən çox fərqlənən 50 ştatının 240 milyondan artıq əhalisinin ehtiyaclarını ödəyir. 
Davamı →