ABBA

İsveç pop-qrupu “ABBA” 1972-ci ildə yaranıb. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb(ABBA qrupunun üzvləri Benny Andersson, Bjorn Ulvaeus, Agnetha Faltskog and Anni-Frid Reuss).Çox maraqlıdır ki,ABBA adı İsveçin dəniz məhsularını istehsal edən bir firmasının adıdır (Abba Seafood).Qrup üzvləri onlardan ABBa adını istifadə etmək üçün icazə istəyəndə onlar bildirmişdi ki,icazə veririk,amma elə edin ki,biz sizin adınıza görə xəcalət çəkməyək:)
1974-cü ildə «Waterloo» mahnıları Eurovision müsabiqəsində birinci yeri tutduqdan sonra, qrup daha da məşhurlaşmağa başlayıb. Karyera müddətində “ABBA” qrupu səkkiz studiya albomu buraxıb. Sonuncu «The Visitors» adlı albomu isə 1981-ci ildə çıxıb. Baxmayaraq ki, onlar qrupun dağıldığı barədə rəsmi açıqlama verməsələrdə, amma “ABBA” qrupun 1983-cü ildən dağıldığı hesab edilir… Dünya üzrə qrupun 350 milyon albomu satılmışdır.


Ardı →