İlk hicrət edənlər Həbəşistanda ikən enən “Nəcm surəsi”ni Hz. Peyğəmbər (s.ə.s) Hərəm-i Şərifdə müşriklərə oxudu. Bitincə, surənin sonunda “səcdə ayəsi” olduğu üçün, Allaha səcdə etdi. Bu surənin 19 və 20-ci ayələrində müşriklərin bütlərindən “Lat, Uzza və Mənatın” adlan da keçdiyindən müşriklər də Hz. Peyğəmbərlə (s.ə.s) birlikdə bütləri üçün səcdə etmişdilər. Bu hadisə, “Mskkalilər müsəlman oldu ” deyə bir şayiənin çıxmasına səbəb olmuş, bu əsassız şayiə də Həbəşistanda eşidilmiş, buna görə hicrət edən müsəlmanlar da, Həbəşistanda üç ay qaldıqdan sonra dönmüşdülər.102Müsəlmanlar, Həbəşistandan döndüklərinə peşman oldular. Çünki, müşriklər zülm və işgəncələrini daha da artırmışdılar. Bu səbəblə müsəlmanlar, Məkkə dövrünün 6-cı ilində (616 m.) 77 kişi və 13 qadm olmaqla ümumilikdə 90 nəfər 2-ci dəfə Həbəşistana hicrət etdilər. Bu ikinci hicrətdə qafilənin başçısı Hz. Əlinin böyük qardaşı Cəfəri Tayyar idi.
Davamı →