Bank sirri nədir?

“Banklar haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən Mülki Məcəlləyə müvafiq olaraq, bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir.

Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə da bank təminat verir.

Mülki Məcəllənin müddəalarına müvafiq olaraq, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin bank nəzarəti üzrə səlahiyyətlərin həyata keçirməsi prosesində Mərkəzi Bankın inspektorlarına, kənar auditorlara, sığortaçıların fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar sığorta nəzarəti orqanına, «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda maliyyə monitorinqi orqanına, habelə bu Qanuna müvafiq sürətdə kredit reyestrinə verilir.
Davamı →