Uşaq şeirləri - Abdulla Şaiq

«Keçi»
Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi!
Yalqız gəzmə, dolanma
Dağa-daşa dırmanma
Bir qurd çıxsa qarşına
Sən nə edərsən ona?
Çoban açınca gözün
Qalar iki buynuzun.


«Uşaq və dovşan»
U ş a q
-Dovşan, dovşan, a dovşan!
Qaçma dayan, a dovşan!
Davamı →

Abdulla Şaiq haqqında maraqlı faktlar

Abdulla Şaiq Mustafa oğlu Talıbzadə 1881-ci il fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olub. Onun valideynləri Axund Mustafa və Mehri xanım Tiflisə köçərək orada məskunlaşıblar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı olub. Onun əkiztayı olan qız övladı doğulandan az sonra ölüb.
Atası Axund Mustafa Süleyman oğlu dövrünün sayılıb seçilən ruhanisi olub. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazi müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi.

Davamı →

Abdulla Şaiqin inqilabdan əvvəlki pedaqoji fəaliyyətinə bir nəzər

XX əsr Azərbaycan ədəbiyyatının banilərindən olan Abdulla Şaiq  ömrünün yarıdan çoxunu xalq maarifinin inkişafına sərf etmişdi. Abdulla Şaiq şair, nasir, dramaturq, tərcüməçi, qayğıkeş müəllimolmaqla yanaşı həm də bir çox dərs kitablarının müəllifidir.
Abdulla Axund Mustafa oğlu Talıbzadə –– Abdulla Şaiq 1881-ci il fefral ayının 21-də Tiflisin “Şeytanbazar” deyilən yerdə anadan olmuşdu.
A.Şaiqin doğumu haqqında arxivdə saxlanılan sənədlərdə göstərilir: “Bu Zaqafqaziya Şiə Ruhani İdarəsindən Tiflis, həmçinin həmin quberniyanın sakini Abdulla Molla Mustafa oğlu atasının qanuni həyat yoldaşı Talıbzadə Mehri Cəfər qızı 24 rəbbiüləvvəl 1298 il hicri, xristian təqvimində  12 fevral 1881-də anadan olub.

Davamı →

Füzuli haqqında düşüncələrim

Şərqin böyük və həssas şairi Füzuli İslam mədəniyyətinin beşiyi olan Bağdadda yaşamışdır. Fitrətən şair olan Füzuli zamanında məşhur elmləri böyük maraq ilə öyrənərək həm alim, həm şair olmuşdur. Lap gənc ikən şairlikdə şöhrət tapmış ilk şeiri ustadı Rəhmətullah Əfəndinin qızına təqdim etmək üzrə yazmış olduğu:

“Pərişan halın oldum, sormadın hali pərişanım” mənzuməsidir.

Məhəhmməd Füzuli qovğalı və yoxsul əsrdə vücuda gələn bütün vəqə və hadisələrə qismən şahid olmuş,onu bütün ruhi ilə, qəlbi ilə yaşamış və o acı və sıxıcı təsirlərlə öz sənət abidəsini tikmişdir. O həyatın acı həqiqətlərindən, hissin rəqiq şəfəqlərindən yüksəlmiş elə canlı bir abidədəir ki, 4 əsrdən bəri yaşayır və yaşayacaq. Onu yaşadan mühitini həqiqi və doğru olaraq göstərə bilməsi və onu həyati hisslərlə tərənnüm edə bilməsidir.

Pərişanlığa, fəqr və yoxsulluğa olan meyli, cəmiyyətdən uzaqlaşmaq fikri o qaba mühitin onun mənəvi qüvvələri və fitri istedadı üzərinə vurduğu damğanın təsiridir. Yoxsa Füzuli əsasən nə bədbin, nə də həyat və cəmiyyətə qarşı yabancı qalmaq istəyən şəxsiyyətdir.

O mühitinə deyil, mühiti ona yabancı qalmışdır. Əsrinin yeganəsi olan Füzulini o şaşqın,əsəbi və düşkün mühit təqdir etməmiş və etməzdi də. Ölüm üzlü əsrin boğucu ehtiyac və zərurəti qarşısında o dəxi hər adi şair kimi sultan Süleyman Qanuninin Bağdada daxil olduğu zaman onun ətrafında bulunan paşalara və daha sonralar onların vasitəsilə Sultan Süleymana qəsidələr təqdim etmişdi. Nə yapsın!
Ardı →