Qardaş davası milyonlar gətirir

Adidas şirkəti uğurunu Adolf Dassler-ə borcludur. Maraqlıdır ki, onun qardaşı Rudolf Dassler də məhşurluqda heç də Adidas-dan geri qalmayan Puma şirkətini yaradıb.
Qardaşların ortaq şirkəti olub – Gebrüder Dassler. Amma Rudolf satışlara və tərəfdaşlıq sazişlərinə can atdığı bir vaxtda, Adolf  idmançılar üçün ideal ayaqqabılar hazırlamaq niyyətində idi.
Məhz buna görə də o, 1925-ci ildə dünyada ilk dəfə olaraq ortopedik dabanlıqlı və dişli futbol çəkmələri hazırlayır və onlar böyük nüfuz qazanırlar.

Davamı →

İlk butsların yaradıcısı

Adolf (Adi) Dassler alman sənayeçi və idman geyimləri dünyasında məşhur “Adidas” şirkətinin yaradıcısıdır (1948). Adolf Dassler Bavariyanın kiçik Gerçogenaurah şəhərciyində dünyaya gəlib. Onun anası paltaryuyan, atası isə çörəkçi idi. Birinci dünya müharibəsi başa çatdıqdan sonra Almaniyada vəziyyət elə də yaxşı deyildi və Dassler ailəsi üçün də pis günlər başlayır. 1920-ci ilin əvvəlində Dasslerlər ailə biznesi yaratmaq qərarına gəlirlər. Bu ailə biznesi isə çəkməçilik idi. Adolfun anasının paltar yumaq üçün istifadə etdiyi məkan emalatxanaya çevrilir. Adolf, onun böyük qardaşı Rudolf və atası burada ayaqqabını tikir, bacıları və anası isə kətandan model hazırlayırdılar. Ailənin istehsal etdiyi ilk məhsul yataq çəkmələri olur.

1924-cü ilin iyul ayında ailə artıq “Dassler qardaşlarının ayaqqabı fabriki”-nin əsasını qoymuşdu. Bu fabrikin isə öz növbəsində ailənin üzvləri də daxil olmaqla 12 işçisi var idi. Onlar birlikdə 1 gün ərzində 50 cüt ayaqqabı istehsal edirdilər.
Davamı →