Təhlükəsiz istirahət vəd edən Afrika ölkələri
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Afrikada daxili suların paylanması relyef və iqlimlə sıx əlaqədardır. Materikin mərkəzində ekvatorial iqlimdə yerləşən ərazilərdə çay və göl şəbəkəsi sıxdır. Tropik enliklərdə Afrikanın çayları qısa, az sulu olub, əksəriyyəti okeana çatmır və materikdaxili axarsız çökəkliklərdə quruyur.
Afrika çayları Atlantik okeanına (Nil, Konqo, Niger, Seneqal, Narıncı və s.) və Hind okeanına (Zambezi, Limpopo və s.) tökülür.
Çaylar, əsasən yağışla qidalanır. Mərkəzi Afrika çayları ilboyu bolsulu olur. Subekvatorial qurşaqda çaylar ilin yağışlı dövründə bolsulu olur.
Afrika materikinin əsas hissəsi tropik xətlər arasında yerləşdiyinə görə Yer kürəsində ən isti materik hesab edilir. Materik üzərində Günəş radiasiyasının illik kəmiyyəti 160–220 kkal sm2 arasında dəyişir. Əksər ərazilərdə il ərzində Günəş iki dəfə zenitdə olur. Ona görə də ilboyu temperatur 20°C-dən aşağı düşmür.
Alçaq təzyiq qurşağında yerləşən Mərkəzi Afrika ən çox yağıntı alır və yağıntılar ilboyu bərabər paylanır. Bu ərazilərdə səpələnən günəş radiasiyası üstündür. Buna səbəb həmin ərazilərdə buludluluğun yüksək olmasıdır. Mərkəzi Afrikada, Qvineya körfəzi sahilində, Kamerun vulkanının cənub-qərb yamacında yerləşən Debuncada illik yağıntının miqdarı 10,470 mm-ə çatır.
Afrikanı relyefinə görə iki hissəyə ayırmaq olar. Şimali və Qərbi Afrikada denudasion və akkumulyativ mənşəli düzənliklər, Cənubi və Şərqi Afrikada isə dağlıq ərazilər üstündür.
Şimali və Qәrbi Afrikada ərazinin düzənlik olmasının səbəbi buranın Afrika– Ərəbistan platforması üzərində yerləşməsidir.
Tanzaniyanın ucqar kəndlərindən birində yaşayan səkkiz yaşındakı Silvia yaxşı bir təhsil almağa qərarlıdır. Ancaq onun bu arzusu hər bir dərs günü tək başına uzun və təhlükəli, bir saat yarımlıq bir yolu piyada getməsi anlamına gəlir. Yoxsul ailəsinin Silviaya ayaqqabı, ya da məktəb forması almağa gücü çatmır. Amma Silvia yenə də şanslı uşaqlardandır. Çünki, Afrikada məktəb yaşına çatmış yarısı qız 29 milyon uşaq hələ də məktəbə gedə bilmir.
Silvia daha çox kiçik olarkən atası vəfat edincə anası yenidən evlənmişdir. Hal-hazırda Silvia ailəsi ilə Darüssəlam şəhərindən təxminən 300 kilometr uzaqda, əkin ərazilərinin ortasında, ən yaxın yola yarım saat məsafədə bir evdə yaşayır. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 1999-2008 illər arasında Afrikadakı qız uşaqlarının məktəbə getmə faizi 54-dən 74-ə yüksəlmişdir. Ancaq hələ də 16 milyon qız uşağı məktəb təhsili ala bilmir. Yeri gəlmişkən Tanzaniyada pulsuz təhsil sisteminə 2001-ci ildə keçilib
Ögey atası Silvianın orta məktəbə getməsini maddi bir yük olaraq görür, amma Silvia bunun həm özünə, həm ailəsinə faydalı olacağını düşünür. «Müəllimlərimiz qarşı hiss etdiyim hörmət üzündən mən də müəllim olmaq istəyirəm. Bu yolla məni gözləyən həyatdan daha yaxşı bir həyata sahib ola bilərəm» deyə Silvia vurğulayır.
Dada İdi Amin — 1971-1979-cu illərdə Uqandanın prezidenti olmuş, Afrikada ən totalitar və qəddar rejimlərdən birinin əsasını qoymuşdu. O, XX əsrin ən qorunxc və qəddar siyasətçilərindən hesab edilir. Onu məşhurlaşdıran təkcə öz xalqına qarşı etdiyi vəhşiliklər deyildi. Müxtəlif “oyunlar” və qəribə bəyanatlar İdu Amin siyasətinin ayrılmaz hissəsi idi.
İdi Aminə müraciəti mütləq bu cür etmək lazım idi: “Zati-ailələri, ömürlük prezident, feldmarşal Əl-Həci Doktor İdi Amin, yerdəki bütün heyvanların və sudakı bütün balıqların hökmdarı, Britaniya İmperiyasının ümumi olaraq Afrikada, xüsusilədə Uqandada fatehi, “Viktoriya xaçı”, “Hərbi xaç”, “Döyüş fəaliyyətinə görə” ordenlərinin sahibi”. Müraciəti tam şəkildə düzgün edə bilməyən ölümə məhkum idi.
Onun hakimiyyəti dövründə 300-500 min arası insan qətlə yetirilmişdi. Deyilənlərə görə, 2 minə yaxın insanı İdi Amin şəxsən o dünyaya göndərmişdi.
Vətəndaş müharibəsi zamanı İdi Amin özü-özünü general elan edir. O, öz əsgərlərinə “dəyərli” məsləhətlər verirdi, məsələn, əgər acsansa və yeməyə heç bir şey yoxdursa, öz silahdaşını yeyə bilərsən.
2 fevral 1971ci ildə İdi Amin özünü ali baş komandan və prezident elan edir. Bu münasibətlə ziyafət təşkil edən diktator, xarici səfirlərə qarşılayaraq onlara bu gün menyuda insan ətinin olmayacağını söz vermişdi.
Dünyanın ən sürətli ilanı:Qara Mamba – quruda yaşayan ən sürətli sürünən olan mambaların sürəti saatda 20 kilometrə çata bilir. Bu ilan növü Afrika materiki üçün endemikdir. Yetkin qara mambanın uzunluğu 2.5-4.5 metr arasında dəyişir. Güclü zəhərə və yüksək sürətə malik olduqları üçün bu ilanları Afrikanın ən qorxulu sürünəni hesab etmək olar.
Gözəllik yarışlarında, artıq, afrikan və filipinli qızlar da iştirak etməklə Qərb zövqünün ağ irqlə qapanmışlığını dağıdırlar. XX-XXİ yüzillərin musiqi sənəti isə iş o yerə gəlib çatıb ki, qaradərili müğənnilərsiz — Maykl ceksonsuz, Tupaksız, filansız çəlimsiz görünür.
ABŞ-da cazın yaradıcıları olan zəncilərdən sonra musiqinin qapıları Afrika soylu musiqiçilərə taybatay açılmışdı. Rep, Hip-hop musiqilərindən sonra isə Şou sənətində, artıq, qlobal planda zəncilərdə dəb yarandı. Amerikanın kültür ekspansiyası bütün dünyanı zənci Şousuna öyrəşdirdi. İş hətta o yerə çatdı ki, Rusiyada belə, oxuyanların, çalançıların arasında rusdilli zəncinin olması səhnə görüntüsünə post-modernist cizgilər vurdu. Lui Armstronqacan iri zənci dodaqları arasından görünən yekə dişlər «nə qədər eybəcərdirlər» deyimini təsdiq edirdi. Lui Armstronqun bütün dünyaya yayılmış şəkillərindən sonra elə bir durum yarandı ki, hətta rus səhnəsində də zənci dişağartısı estetik effektə çevrildi.
Afrika öz təbii şəraitinə görə, flora və faunasına, əhalinin antropoloji, etnik və linqvistik tərkibinə görə dünyanın ən rəngarəng materiklərindən biridir. Afrika öz böyüklüyünə görə Avroasiya materikindən sonra dünyada II yeri tutur və bütün quru sahəsinin 5-də birini təşkil edir. Afrikada 3 böyük irqin nümayəndələri: Avropa, zənci və monqol irqləri, habelə keçid xarakterli vəqarışıq irqi tiplər mövcuddur. Afrikanın bütün Aralıq dənizi sahili boyunca başlıca olaraq avropa irqi nümayəndələri: ərəblər və bərbərlər yayılmışdılar. Bunlar qara saçlı, qara gözlüdürlər. Afrikanın cənubunda məskunlaşmış Avropa mənşəli əhali də bu irqin nümayəndələri hesab olunurlar. Lakin onların saçları, gözləri, dərilərinin rəngi bir qədər açıq piqmentlidir.