Afrika materikinin tədqiqi

Afrika materikinin yeni dövr tədqiqi 1788-ci ildə Britaniya tərəfindən yaradılmış «Afrika assosiasiyası» cəmiyyətinin yaradılması dövründən başlayır. Əsas məqsəd materikin mərkəz hissələrini tədqiq etməklə yeni xammal bazaları və xammal mənbələrinə malik olmaq, həmçinin tədqiq olunmuş ərazilərdə ingilis hökmranlığını təsdiq etməkdən ibarət idi. Bu baxımdan Britaniyanın bütün kapitalist dairələri maraqlı olduğundan ekspedisiyaların təşkili maddi cəhətdən böyük çətinliklərlə üzləşmirdi
1788-ci ilə qədər avropalılar Afrikanın şimal-şərq zolağı, Seneqal və Qambiya çayları arasında ərazilər, Konqo çayı mənsəbinə yaxın sahələr, Narıncı çayınıın cənubu, Zambezi çay ınını aşağı axını, Mavi Nil çay ından şimala Efiopiya və Misir haqqında məlumatlara malik idilər.


Ardı →

Jan Pol Bokassa-adamyeyən prezident

Jan Bedel Bokassaya ilk şöhrəti gətirən hadisə 1966-cı ildə dövlət çevrilişi etməsidir. İkincisi isə prezident olandan sonra da adam yemək şakərini tərgidə bilməməsidir. Bokassa 20-ci əsrdə yeganə prezidentdir ki, bütün müxalifət liderlərini sözün həqiqi mənasında yeyib. Prezidentin, sonra isə imperatorun sifarişi ilə baş aşpaz onları ya öz suyunda bişirər, ya da böyük duxovkada qızardıb süfrəyə çəkərdi. Yeməyə xüsusi ətir vermək üçün ona limon da əlavə edilərdi.


Ardı →

Afrikalı qızlar

Afrikalı qara dərili gözəlləri dünya gözəllərindən fərqləndirən əsas bir cəhət var. Onlar hər şeyi ana təbiətdən götürür. Təbii qara dərilərindən tutmuş, ən gözəl paltarlarına kimi. Afrikalı xanımların qarderobu təbiətdir.Təbiət onların həm ev-eşiyi, həm bər-bəzəyi, həm də pal-paltarıdır.Onların əynində bahalı parçalardan donlar, üst-başlarında qızıl-gümüş əşyalar, ayaqlarında son dəbli ayaqqabılar görməzsiniz. Onların öz təbii makiyajları, saç düzümləri var. Şlyapaları enli yarpaqlar, sırğaları, boyunbağıları- müxtəlif meşə meyvələri, kəmərləri- güllər, çiçəklərdir. Onlar belə geyimdə daha gözəl, yaraşıqlı və cazibədar görünür.
Ardı →

Afrika ölkələri

Afrikada 53 dövlət yerləşir ki, bunun da yalnız CAR IEÖ-lər, Tunis isə YSÖ-ləri qrupuna daxildir. Afrika iqtisadi cəhətdən dünyanın ən geridə qalmış regionudur. O, savadsızlığa, uşaq ölümünün ən yüksək və orta ömür müddətinin ən aşağı göstəricilərinə görə dünyada 1-ci yeri tutur. Afrika əhalisinin 70%-i kasıb və acınacaqlı şəraitdə yaşayır.
Afrika ölkələrinin əksəriyyəti son 30-40 ildə müstəqillik qazanıb. Afrikanın əksər ölkələri unitar respublikalarıdır. Yalnız Svazilend, Lesoto və Mərakeş konstitusiyalı monarxiya; Nigeriya, Efiopiya v CAR federativ quruluşa malikdirlər.


Ardı →

Afrika

Afrika Avrasiyadan sonra dünyanın 2-ci böyük materiki olub, sahəsi 30,3 mln km2-dir.
Ucqar nöqtələri — 4 yarımkürədə yerləşir. Şimalda: Əl-Əbyad burnu (və ya Ras-Engela),cənubda Iynə burnu, qərbdə Almadi, şərqdə Ras-Xafin burnu,
Ekvator Afrikanı 2 bərabər hissəyə bölür. Afrikanın 2/3 hissəsi şimalda, 1/3 hissəsi isə cənubdadır. Sahil xətti zəif parçalanıb. Ən iri körfəzi Qvineya, ən iri adası Madaqaskar, ən iri yarımadası Somalidir. Sahilləri çox zəif parçalandığından yarımadaları çox azdır. Afrika qərbdən Atlantik, şərqdən Hind okeanları ilə əhatə olunub. Afrika Aralıq dənizi və Cəbəllütariq boğazı ilə Avropadan; Süveyş kanalı, Qırmızı dəniz və Bab-Əl-Məndəb boğazı ilə Asiyadan ayrılır. Afrika sözü qədimdə Afrikanın şimalında yaşamış bərbər tayfalarının birinin adından götürülüb.
Adaları –Madeyra, Kanar, Yaşıl burun, San-Tome (qərbdə), Madaqaskar, Zənzibar, Sokotra, Mafiya, Pemba, Amirant, Seyşel (şərqdə)


Davamı →