Ədəbiyyatın “Qara qraf”ı

Fransa ədəbiyyatı deyərkən ağlımıza hansı adlar gəlir? Orta səviyyəli oxucu üçün 3-4 ad var: V.Hüqo, O.Balzak, A.Düma, Molyer, Mopassan və daha bir neçə nəfər. Onların həyatı barədə isə çox az şey bilirik. Ən azı öz payıma deyim. Öyrəndikcə isə təəccüb, heyrət bir-birini əvəzləyir.

19-cu əsrin dahi Fransız yazıçısı Aleksandr Düma Azərbaycan oxucusu üçün həm tanışdır, həm də doğma. Müəllifin “Qafqaz səfəri” əsəri onu bizə daha da yaxın edib. Digər əsərləriylə yanaşı sevə-sevə oxuyuruq.

Dümanın şəklini ilk dəfə görəndə onda nəsə qeyri-adilik sezmişdim. Tip olaraq fransızlara bənzəmirdi. Əsmər çöhrə, qıvrım saç onu sarışın, ağbəniz soydaşlarından fərqləndirirdi. Buna o qədər də əhəmiyyət verməmişdim. Ancaq amerikalı araşdırmaçı jurnalist Tom Reissin “Qara Qraf” kitabını oxuduqdan sonra şübhələrimdə haqlı olduğumu gördüm. 
Davamı →

Aleksandr Düma haqqında hekayə

       Aleksandr Dümanin yanına bir nəfər gəlib deyir:

      — Əgər mənə 300 frank borc verməsəniz, özümü və 3 uşaqımı öldürəcəm.

      Düma təəssüflə bildirir ki, cəmi 200 frank verə bilər.

      — Yox, — deyə təkidlə bildirir.

      — Düma əlacsiz qalib deyir:

      — Sizə bir məsləhət verə bilərəm. Siz özünüzü öldürün, ancaq uşaqlara toxunmayın. 200 frank onlara bəs edər


Davamı →

Aleksandr Düma

Fransa yazıçısı Aleksandr Düma (1803-1870) xəstə olduğu zaman yanına gəlmiş həkim demişdi:

— Mən vəziyyətin ciddiləşdiyi zaman hər şeyi düz demək qərarına gəlmişəm. Belə güman edirəm ki, siz hər bir təsadüfə qarşı hazır olmalısınız. Siz bir adamla görüşmək istəyirsinizmi?

Düma bu sualın qarşısında bir qədər fikirləşib demişdi:  


Ardı →

Aleksandr Düma-350 qadın və 647 kitab

Uğur, borclar və qadınlar onu daban-dabana izləyirdi
Paris ətrafında iri torpaq sahəsində  «Monte Kristo» adlı qəsr vardı. Qəsrin devizi «Məni sevənlərin hamısını sevirəm» girişdə asılmışdı. Bu, Dümanın illərlə ürəyində daşıdığı arzusunun, qəhrəmanın diliylə çatdırdığı xülyaların real görüntüsüdü. Qəsrin 200 metrliyində İf qalasının kiçik kopyası ucalırdı. Onun hər daşında Dumanın bir kitabının adı oyulub. Spiralvari pilləkənın başındakı otaqda o, gecələri keçirir. Qonaqların səs-küyündən bezib bura gəlir ki, sakitlikdə yaza bilsin. Onore de Balzakın dediyinə görə Monte-Kristo qalası reallaşa bilmiş ən cəsarətli divanəlikdir. Axı, Düma torpağı da şifahi razılıqla almışdı. Həmin kəndli kefi istədiyi dəqiqə gəlib burda kələm əkə bilərdi. Bu sehrli qəsrin qapıları heç vaxt bağlanmazdı.


Ardı →