Aleksey Batalov

  • Kino
Hər tanıdığımız adam öləndə həyatımızdan nəsə qoparır. Bu günlərdə dünyasını dəyişən, Sovet dönəmində minlərlə qadının idealı olan aktyor Aleksey Batalov kimi.

Batalov yadımda ən çox Kann festivalında Qızıl palma budağı alan “Durnalar uçur” və Oskar qazanmış, sovet dönəminin kult filmlərindən biri “Moskva göz yaşlarına inanmır” filmlərindəki rollarıyla qaldı.

...Aleksey kinorejissor Vladimir Batalovun və teatr aktrisası Nina Olışevskayanın ailəsində doğulub. Uşaq olanda valideynləri ayrılır və anası yazıçı Viktor Ardovla ailə qurur. Onların qonşuları məşhur yazıçılar, şairlər idi: Mixail Bulqakov, Dmitriy Furmanov, Mandelştam.

Anna Axmatova Moskvaya gələndə onlarda qalırdı. Batalov xatırlayır ki, o, Bədaye teatr truppasında aktyor kimi işləyəndə ancaq bir qiyafəti vardı: əsgər qalifesi və çəkməsi. Həssas olan Axmatova üst-başını təzələmək üçün aldığı bütün qonorarı ona verir. Aleksey isə alış-veriş elədiyi dükanın yanında köhnə “Moskviç”i görəndə düşünmədən onu alır.
Davamı →