Alfred Adler Sosial Maraq

Görkəmli psixoloq, individual psixologiya nəzəriyyəsinin yaradıcısı, tanınmış avstriyalı həkim, psixoterapevt Alfred Adler haqqında əvvəllər ümumi məlumata malik olsam da, onunla yaxından tanışlığım “Aydınlanma səyahəti” (2016) kitabının birinci hissəsini (Oyanış və dəyişməyə doğru) yazarkən başladı.
Adler psixologiyanın birinci vəzifəsi kimi sosial faktoru ortaya qoyan ilk psixoloqlardan sayılır. “İndividual psixologiya fərdi, cəmiyyətin daxilində görür və tədqiq edir. Biz insana cəmiyyətdən ayrı halda baxmaq və tədqiq etməkdən imtina edirik”, — Adler bəyan edirdi (1956).

Davamı →

Həqiqətə gedən yol səhvlərdən keçir

Həyat bizə bağışlanmamışdır, bir məsuliyyət olaraq verilmişdir.

Özünü tanımaq və dəyişdirmək insan üçün öhdəsindən gəlinəsi ən çətin işdir.

Sadəcə azadlıqdır ki, köksündən güclü insanlar çıxardır, təzyiq isə insanı öldürür, məhvə yönəldir…

İnsanın ruhi həyatı onun seçdiyi məqsədə görə şəkil alir.

Ruh təbiət qanununa tabe deyildir, çünki insanın göz önündə tutduğu məqsəd sabit deyil hər zaman dəyişir.
Davamı →