Allah insanın abrının qorunmasına böyük önəm verir

Allah Təala rəhman və bağışlayandır. İnsanların sonsuz günahlarını əfv edir. Onlara yeni fürsətlər verir. Çünki bəndələrinin abrı Onun üçün çox mühümdür. Ona görə Allah icazə vermir ki, bir insan baqşasının abırını aparsın. Bu çirkin əməli həmişə məzəmmət edir.
Allah Səttarul-uyub olduğu kimi bəndələrindən də başqalarının eyblərini gizlətməyi istəyir. Bəndələrinə icazə vermir ki, başqalarının yanında günahını etiraf etsin.

Davamı →

Qiyamət günü Allah yanında ən ali məqama bu insanlar malikdir

İmam Baqir (ə) buyurur: “Sizlərdən hər biriniz necə ki, özünüzün xeyirxahısınız – başqa qardaşlarınızın da xeyirini istəməlisiniz”.
İmam Sadiq (ə) buyurur: “Möminlərə vacibdir ki, davamlı olaraq bir-birlərinin xeyirxahı və nəsihət verəni olsunlar”.
Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, eybini sənə göstərər – şübhəsiz ki, onun sənə ürəyi yanır və sənin xeyirini istəyir”.
İmam Əli (ə) buyurur: “İnsan üçün heç bir mehriban dost, xeyirxah dost kimi deyildir”.
Davamı →

İbadətlərimizi nə zay edir?

İnsana qarşı pusquda dayanan İblis (lən), daima onun ibadətlərini zay etməklə məşğuldur. İbadəti zay edən amillər ilə tanış olaq:
1. Riya. Hər kim Allah üçün deyil, insanların diqqətini cəlb etmək üçün namaz qılar və ibadət edərsə, o, şeytanın tələsinə düşər və ibadətləri zay olar.
2. Təkəbbür. İnsan namaz qılan zaman şeytan ona təlqin edər ki, etdiyi ibadətlərinə görə hamıdan daha üstündür. Bu yersiz qürurlanmaq onun ibadətini zay edər.
3. Günah. Günah, ibadətlərin yaxşı təsirlərini aradan aparar və insanı mənəvi səmərəsiz halda qoyar. Bir əkinçi uzun müddət əziyyət çəkər və buğda əkər. Ancaq bir gün güclü külək və yanğın sayəsində bütün məhsulunu əldən verər. Əziyyətləri boşa gedər. Günah da eyni şeyi ibadətlə edər.
Davamı →

Alimin oğlu bir kisə soğanı özü ilə niyə gəzdirirdi?

Bir gün müdrik bir alim övladına deyir: “Sabah özünlə bir kisə götür və onun içərisinə sevmədiyin insanların sayı qədər soğan qoy”.
Sabahı gün oğlu bu işi görür. Atası ona deyir: “Hara getsən, bu kisəni də özünlə apar”. Oğlu bu işdən bir neçə gün sonra yorulur və atasına şikayət edir ki, soğanlar xarab olmuş və pis iy verməkdədir. Onun iyi mənə əziyyət verir.
 

Davamı →

Bağışlanma gecəsi

Necə dua edəcəyini soruşan Hz.Aişəyə Hz.Peyğəmbər (s.ə.s) belə dua etməsini tövsiyə etmişdi: “Ey Allahım! Sən əfv edənsən, əfv etməyi sevənsən. Məni (Bizi) də əfv et!”
Uca Allah insanın son nəfəsinə qədər əfv qapısını açıq saxlayır. O,  can-könüldən edilən tövbələri hər zaman qəbul edir. Həmçinin tövbə etmək Allahın ən çox bəyəndiyi əməllərdəndir.
Bəzi zamanlar da var ki, Allah o zamana özəl dəyər vermiş və digər vaxtlardan daha dəyərli qəbul etmişdir. Məhz bu zamanlarda edilən ibadət və dualar digər vaxtlarda edilən ibadətlərdən daha dəyərli və duaları da məqbuldur. İslam ədəbiyyatında “üç aylar” olaraq məşhur olan Rəcəb, Şaban və Ramazan ayları və bu aylardakı bəzi gün və gecələr bunlardan bəziləridir.
Davamı →

Bəra(ə)t gecəsi

Bəzi zamanlar var ki, Allah o zamana özəl dəyər vermiş və digər vaxtlardan daha dəyərli qəbul etmişdir. Zamanın bizim lehimizə dəyər qazanması üçün Quran və hədislərdə “vaxtı təyin edilmiş” olan ibadətləri yerinə yetirməliyik. Məhz bu zamanlarda edilən ibadət və dualar digər vaxtlarda edilən ibadət və dualardan daha məqbuldur. İslam ədəbiyyatında “üç aylar” olaraq məşhur olan Rəcəb, Şaban, Ramazan ayları və bu aylardakı bəzi gün və gecələr bunlardandır. Bu dəyərli günlərdən biri də ərəfəsində olduğumuz Şaban ayındakı “Bərat gecəsi”dir. Bərat – bağışlanma, bəraət qazanma mənasına gəlir.
Davamı →