Yadlar arasında özgə olmaqdansa...

  • Turizm
Amerika Birləşmiş Ştatlarının nəhəng bir dövlət olduğunu, dünya iqtisadiyyatında mühüm rol oynadığını danmaq ağılsızlıq olar. Sözsüz ki, bu ölkə digər dünya ölkələrinin daxili və xarici siyasətinə təsir etmək imkanlarına malikdir. Bunu hamı bilir. Məqsədim ABŞ-ı heç də pisləmək, aşağılamaqdan ibarət deyil. Sadəcə bir çoxlarına maraqlı olar deyə, bu ölkədə yaşadığım dörd il ərzində gördüklərimi, şahidi olduğum hadisələri sizinlə bölüşmək istəyirəm. Hələlik söhbətimi iki sual üzərində quracam: ABŞ bir ölkə kimi necədir? Bir çox insanın həsəd apardığı bu ölkədə sadə vətəndaşların həyat tərzi və burada yaşamağın müsbət və mənfi tərəfləri hansılardır?
Davamı →

Qərbi Avropa ölkələri və Amerika Birləşmiş Ştatları

Böyük Britaniya. Böyük Britaniya müharibədən qalib çıxsa da, ABŞ və SSRİ-dən geridə qalırdı. 1945-ci ilin iyulunda keçirilən parlament seçkilərində hakimiyyətə gələn leyborist Klement Ettli hökuməti milliləşdirmə siyasətinə başladı. Kömür, qaz, poladtökmə, elektrik enerjisi, kimya sənayesi sahələri, rabitə vasitələri, daxili nəqliyyat və banklar milliləşdirildi. Siyasi sahədə leyboristlər parlamentdə Lordlar palatasının hüquqlarını məhdudlaşdırmağa müvəffəq oldular.
Xarici siyasətdə ən mühüm məsələ imperiyanın qorunub saxlanması idi. Hökumət Hindistan, Seylon, Birma, Fələstin və İordaniyaya istiqlaliyyət verməyə məcbur oldu. Leyboristlərin keçirdiyi islahatlar lazımi nəticə vermədi. Vergilərin artması, kartoçka sisteminin saxlanması leyboristlərin nüfuzunu aşağı saldı.
1951-ci ilin parlament seçkilərində mühafizəkarlar qalib gəldilər. Uinston Çörçil yenidən baş nazir oldu. O, poladtökmə sənayesini və nəqliyyatı yenidən özəlləşdirərək keçmiş sahiblərinə qaytardı.

Davamı →

ABŞ tarixi. İkinci Dünya müharibəsindən sonra

İkinci Dünya müharibəsindən sonra Qərb dövlətləri arasında əsaslı yerdəyişmə baş verdi. Qaliblər sırasında müharibədən yalnız ABŞ iqtisadi və hərbi cəhətdən qüdrətli dövlət kimi çıxmışdı. ABŞ Qərb dünyasını sovet təcavüzündən müdafiə etməyi özünün başlıca missiyası elan etdi və tezliklə lider oldu.

1945-ci ilin aprelində F.Ruzveltin qəfil vəfatından sonra onu bu vəzifədə vitse-prezident Harri Trumen əvəz etdi. “Yeni xətt”i davam etdirən Harri Trumen Konqresə sonralar “Ədalətli xətt” adlandırılan geniş liberal islahatlar proqramını təklif etdi. Müharibədən sonra güclənmiş iri kapital dairələri isə iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi siyasətinə qarşı çıxaraq “prosperiti dövrü”nün qaydalarına qayıdılmasını tələb edirdilər.


Davamı →

ABŞ Birinci Dünya Müharibəsindən sonra

ABŞ-ın Birinci Dünya müharibəsində iştirakı ölkənin siyasi, iqtisadi, hərbi və maliyyə qüdrətinin artmasına səbəb olmuşdu. Ərazisində hərbi əməliyyatlar getmədiyindən ABŞ müharibədən gəlir əldə etmiş, milli sərvətini xeyli artırmışdı. Dünya qızıl ehtiyatının yarıdan çoxu da onun əlində cəmləşmişdi. Müharibədən sonra Avropa ölkələrinin çoxu ABŞ-dan maliyyə asılılığında idi.

Vudro Vilsonun xarici siyasətdə uğursuzluqları və ölkədə iqtisadi böhranın başlaması 1920-ci il prezident seçkilərində Demokratlar Partiyasının məğlubiyyətinə səbəb oldu. Respublikaçı Uorren Hardinq prezident seçildi. Onun qəfil vəfatı ilə əlaqədar bu vəzifəni icra edən vitse-prezident Kalvin Kulic növbəti prezident seçkilərində qalib gəldi. ABŞ iqtisadiyyatının sürətlə inkişaf etdiyi dövrdə Kulicin ölkəyə rəhbərlik etməsi onun nüfuzunu xeyli artırdı.


Davamı →