Süni mayalanmadan öncə diaqnoz

"Əməliyyatdan öncə genetik diaqnoz" ( Preimplatation Genetic Diagnosis) süni mayalanmanın tətbiqi əsasında embrionun ana rəhminə yerləşdirilməzdən əvvəl (implantasyon əvvəli) genetik olaraq bəzi xəstəliklərin varlığını araşdırmaq lazımdır. Süni mayalanmanın tətbiqində döllənmə ilə embrion əldə edildikdən 2 gün sonra bu embriondan bir və ya iki hüceyrə alınır və genetik -xromosom araşdırması aparılır.

Davamı →

Anama

Əzəldən bu dünyaya gəlmişəm oğru kimi:
Yuxunuzu çalmışam, çəkdiniz keşiyimi.
Bəslədiniz çiçək tək, məhəbbət verib mənə.
Mən də vərdişkar kimi qayğı verdim əvəzə.

«Mən kiməm ki?» soruşdum — adi yuxu oğrusu.
Bir oğru ki, həmişə çəkilibdir qayğısı.
Bir oğru ki, heç zaman bilməyib kədər nədir.
Bir oğul ki, qartallar çiyinlərdə bəslədi.

«Mən kiməm k?» soruşdum — adicə şıltaq uşaq.
Bu uşağı böyüdür müdrik mələklər ancaq.
Pak ruhlu Mələklərin, mənə gələn Məvadan.
Sərvinə «ana» dedim, güclü olana — «ata».

Mələk ruhu əbədi. Mələklər Tanrı lütfü.
Məncə, olmur həyatda Mələklərin ad günü.
Tək bir gün yox: mən varkən, bir ömrümün boyunca
Ana, ata — mələkdir, mən də dəcəl balaca.

Neynək? — mən də beləyəm, bir ərköyün şıltağam.
Mövludu olan qadın — sən Tanrıdan ərmağan.
Varlığımın səbəbi, yaşamın niyəsisən.
Lap şeirdəki kimi — Tanrı hədiyyəsisən.

İsaya Tanrı deyib, Nəzarətdə insanlar.
Kitablarda yazılıb: Tanrının Anası var
Tanrı İsanı belə anasız buraxmadı:
Dərk etməyə acizik qüdrətini, ey qadın.

Ana — Rəbbdən mərhəmət, Tanrı bəxş etdiyidir.
Min əməl savabıyla Ana duası birdir.
Tanrı özü etmişsə belə uca yerini,
Bəlkə ana sevgisi yazılır savab kimi?

Bir iki qafiyəylə yazdım, kiçik təsəlli.
Yığışmışıq başına, şam -  pərvanə məsəli.
Başımın üzərində məğrur durur hürr adın
Uzaqlarda olsam da, Vətənim olan qadın.

Neçə yaşınsa olur, rəqəmlər bəhanədir.
İllərin qayğısını tort şamları nə bilir?
Daima məni qoru dərdlərimə yetənim,
Nə yaxşı ki doğuldun! Mübarəksən, Vətənim!

Cavidan Hacıyev
Davamı →

Orta yaşda ana olmağın üstünlükləri

1) Maddi cəhətdən daha rahat hiss edərsiniz
Çox gənc yaşda tam maddi azadlığınız olmasa da, valideyn olmaq həm sizin, həm də uşağınız üçün bir çox problem yarada bilər. 30 yaşlarında ana olan insanlar, işlədikləri müddətdə qazandıqları təcrübə və özünə inam sayəsində övladlarına daha asanlıqla qayğı göstərə və stres olmadan analıq yaşaya bilərlər. Unutmayın ki, körpəyə sahib olmaq böyük xərclərlə gəlir və çox gənc yaşda valideyn olanlar bəzi çətinliklərlə üzləşə bilirlər.
Davamı →

Ana - Mikayıl Müşfiq

Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum”
Davamı →

ANA | Təsirli Ana şeiri



Anacan,sən bizi böyütmək üçün,
Min bir əziyyətə düçar olmusan.
İndi düşünürəm, bax onun üçün,
Cənnət qapısına açar olmusan.

Gecələr yuxusuz qalmısan ana,
Yorğun gözlərinə qurban olaram.
Canını, canıma qatmısan ana,
Ağrıyan canına qurban olaram.


Davamı →