Dağ-ana
Günlərin bir günüydü, günün ən adisindən,
Bezmişdi şəhər yenə insanların səsindən.
Bezmişdi hay-həşirdən, bezmişdi bu vüsatdan:
Bir sözlə adi bir gün — axıb gedir həyatdan.
Günlərin bir günüydü, ağrı duydu bir qadın,
Hansı ki xəyalında bəsləyirdi övladın.
O qadın ki, özü də hələ bir az uşaqdır,
O qadın ki, dərd olsa, dağdan böyük dayaqdır.
Günlərin bir günüydü, uşaq olan dağ-qadın
Təzə müjdə almışdır həkimdən ana adın.
Özündən söz uydurub, danışır ürəyində
Doğulmamış uşaqla yaranmamış dillərdə.
Günlərin bir günüydü həyat dolu bir ana,
Həkimə tələsirdi bir az ağrı canında.
«Qalsa xəstə olacaq, döl hələ lap körpədi» -
Həkim təsəlli verdi, həyat hələ öndədir.
Günlərin bir günüydü, qadın xəstəxanada,
Doğulmamış uşaq da qaldı elə orada.
Susdu ana bir anlıq, heç çatmadı qaşıyla.
Lap kiçik döl ağladı ananın göz yaşıyla.
Günlərin bir günüydü, ana rəssamlıq etdi
Çəkdi heç doğulmamış bir körpənin həsrətin.
Bəzən yuxuda görüb, darıxır balasına
Bir vaxtlar uşaq olan dağ ismətli dağ-ana.
Cavidan Hacıyev
Davamı →